Özəl klinika pandemiya ilində milyonlar qazanıb, sonra gəliri kəskin azalıb
"Memorial Klinik" MMC 2022-ci ili 1 milyon 366 min manat xalis mənfəət ilə başa vurub. Şirkət koronavirusun tüğyan etdiyi və peyvəndləmənin başladığı 2021-ci ili 5 milyon 118 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Memorial Klinik" şirkətinin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 3 milyon 752 min manat və ya 3,7 dəfə azalıb. Şirkət pandemiyanın başladığı 2020-ci ildə 964 min manat xalis mənfəət əldə etmişdi.
Marja.az Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, "Memorial Klinik" şirkətinin gəlirləri 2021-ci ildə 9 milyon 863 min manat ikən, 2022-ci ildə 5 milyon 447 min manata düşüb (4 milyon 416 min manat və ya 44,8% azalıb). 2020-ci ildə "Memorial Klinik"in cəmi gəlirləri 3 milyon 641 min manat təşkil etmişdi.
"Memorial Klinik" MMC əldə etdiyi gəlir və mənfəətindən dövlət büdcələrinə böyük məbləğlərdə vergi və digər ödənişlər edib. Belə ki, Şirkət tərəfindən 2021 və 2022-ci illərdə 1 milyon 660 min manat mənfəət vergisi, 388 min manat sosial sığorta ödənişləri, 1 milyon 549 min manat ƏDV və digər vergilər ödənilmişdir.
31 dekabr 2022-ci il tarixində "Memorial Klinik" MMC 10 milyon 98 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 8 milyon 254 min manat cəmi aktivlərə malik idi.
"Memorial Klinik" MMC-nin payçıları Ramazanov Mahir Teymur oğlu (50%) və Yaqubov Namiq Oruc oğludur (50%). "Memorial Klinik" şirkəti "Gəncə Memorial Hospital" MMC-də 70% paya sahibdir, qalan 30% pay Ramazanova Bəsirə Təvəkkül qızına məxsusdur.
2009-cu ildən fəaliyyət göstərən "Memorial Klinik" MMC şirkəti Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr 38A ünvanında yerləşən tibb mərkəzini idarə edir. Klinika pandemiya dövründə koronavirus testinin verilməsi üçün ən çox üz tutulan ünvanlardan biri idi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
- 24 d. əvvəl
- 53 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
2 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


























