Toyota 2023-cü ildə rekord sayda avtomobil, yük maşını və avtobus satıb
Toyota Volkswagen-i ötən il də ötüb. Avtomobil nəhəngləri arasında uçurum hər il artır.Yaponiyanın aparıcı konserni Toyota və onun törəmə şirkətləri Daihatsu və Hino 2023-cü təqvim ilində dünya üzrə 11,23 milyon avtomobil, yük avtomobili və avtobus satıb ki, bu da korporasiyanın tarixində rekord göstəricidir.
Marja.az xəbər verir ki, bu barədə konsernin yaydığı press-relizdə deyilir.
2022-ci illə müqayisədə satış artımı 7,2% təşkil edib.
Toyota özü dünya üzrə 10,3 milyon avtomobil sataraq, satış rəqəmləri 9,24 milyon ədəd təşkil edən əsas rəqibi Almaniyanın avtomobil istehsalçısı Volkswagen-i ardıcıl dörd il geridə qoyub.
Toyota qeyd edib ki, satışın artımı dünyanın demək olar ki, bütün regionlarında sabit tələbat, eləcə də yarımkeçiricilərin qıtlığının azalması ilə bağlıdır.
Toyota Qrupu 2023-cü ildə 11,5 milyon avtomobil, yük maşını və avtobus istehsal edib ki, bu da rekord həddə çatıb. 2022-ci illə müqayisədə istehsalın artımı 8,6% təşkil edib.
Son bir neçə ildə Toyota və Volkswagen dünya üzrə avtomobil satışında liderlik uğrunda mübarizə aparırlar. 2020-ci ildə Toyota dörd illik fasilədən sonra bu göstəricidə liderliyini bərpa edib, o vaxtdan bəri avtomobil nəhəngləri arasında uçurum hər il artır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























