"Azərbaycanda nəqliyyat vasitələrinin 45 %-nin istismar müddəti 20 ildən çoxdur"
Azərbaycanda qeydə alınan nəqliyyat vasitələrinin 45 %-dən çoxunun istehsal ili 20 il və daha çoxdur.
Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, bu, yol nəqliyyat hadisələri zamanı onların ağırlıq dərəcəsinə bilavasitə təsir edir.
M. Ağayev bildirib ki, ötən il ölkədə 1 milyon 774 min 77 yol-nəqliyyat vasitəsi qeydə alınıb:
"Onlardan istehsal ili 10 ilə qədər olanların sayı 15 % təşkil edir, yəni 266 min 878-ə bərabərdir. İstehsal ili 10 ildən 20 ilə qədər olanların sayı 707 min 673-dür ki, bu da 39,3 % təşkil edir. İstehsal ili 20 ildən yuxarı olanların sayı 799 min 526-ya bərabərdir. Yəni, respublika üzrə avtomobil parkında nəqliyyat vasitələrinin 45,1 %-nin yaşı 20 ildən yuxarıdır. Hazırda ölkəmizdə hibrid avtomobillərinin sayı 42 min 461, elektrik mühərrikli avtomobillərin sayı isə 3 min 138-dir. Onların sayında kifayət qədər artım var".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 22 d. əvvəl
-
-
47 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
49 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur






















