Hollandiya şirkəti Yandex biznesini satdı
Yandex NV şirkəti Yandex biznesini 475 milyard rubla satmaq üçün müqavilə bağladı.Yandex-in ana şirkəti "Yandex NV", Yandex biznesini özəl investorlar konsorsiumuna 475 milyard rubla (5,2 milyard dollar) satdığını elan edib.
Bu barədə Marja.az Şirkətin açıqlamasına istinadən xəbər verir.
"Hollandiyanın Yandex NV şirkəti Yandex biznesini özəl investorlar konsorsiumuna 475 milyard rubla satmaq üçün müqavilə bağlayıb", - məlumatda deyilir.
"Yandex"in əsas sahibi Yandex menecerlərinin rəhbərlik etdiyi "Consortium.First" olacaq. Həmçinin konsorsiumunda daha dörd səhmdar var: sahibkar və LETA Capital vençur fondunun təsisçisi Aleksandr Çaçavın, “INFINITUM”un baş direktoru Pavel Prass, LUKOIL, investor və sahibkar Alexander Ryazanov.
Yandex-in yeni ana şirkəti 2023-cü ilin sonunda Kalininqradda qeydiyyatdan keçmiş Yandex Beynəlxalq Səhmdar Cəmiyyəti olacaq. Onun səhmlərinin Moskva birjasında alqı-satqıya çıxarılacağı, Artem Savinovskinin isə Yandex-in baş direktoru olaraq qalacağı qeyd edilir.
Yandex, xarici startaplar və Finlandiyadakı məlumat mərkəzi istisna olmaqla, Yandex NV qrupunun bizneslərini, xidmətlərini və aktivlərini özündə saxlayacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
11 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























