11 sentyabr hücumundan sonra qurulan şirkət 1,5 milyard dollarlıq alış təklifini qəbul edib
"Thoma Bravo" proqram təminatı şirkəti "Everbridge"i 1,5 milyard dollara satın alır. Satınalma, xüsusilə qlobal geosiyasi qeyri-müəyyənliklər səbəbindən risk təhlili və təhlükəsizlik proqram təminatına ehtiyacın artdığı dövrə təsadüf edir.ABŞ-ın proqram təminatı şirkəti "Everbridge" Amerikanın özəl kapital şirkəti "Thoma Bravo"dan 1,5 milyard dollarlıq alış təklifini qəbul edib.
Marja.az xəbər verir ki, ABŞ-da 11 sentyabr hücumundan sonra qurulan "Everbridge" kritik hadisələrin proqnozlaşdırılması və idarə edilməsində şirkətlərə və hökumətlərə dəstək verir.
Risk təhlili aparan təhlükəsizlik proqramlarına tələbat artır
Everbridge hökumətlərə və sənaye təşkilatlarına fövqəladə hallara reaksiya vermək, işçilərin yaşadıqları və ya səyahət etdikləri yerlər ətrafında təhlükə mühitini qiymətləndirmək və gözlənilməz pis hava şəraiti barədə təhlil aparmaq imkanı təmin edən proqram şirkətidir. Satınalma geosiyasi qeyri-müəyyənliklərin risk təhlili və təhlükəsizlik proqram təminatlarına tələbi artırdığı bir dövrə təsadüf edir. Alqı-satqı nağd şəkildə həyata keçirilir.
"Biz Everbridge ilə, risk və təhlükəsizlik həlləri üçün böyüyən bazardakı imkanlardan yararlanmaq üçün işləməyi səbirsizliklə gözləyirik. Everbridge, məhsul portfeli riskləri hərtərəfli izləmək və kritik hadisələri idarə etmək üçün dünyanın ən hörmətli şirkətlərindən biridir",- Thoma Bravo-nın ortağı Hudson Smith bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























