Antalyada mənzil qiymətlərinin qalxması rusların ölkəni tərk etməsinə səbəb olub
Türkiyənin Antalya şəhərində daimi yaşayan əcnəbilərin sayı 2023-cü ilin sonunda 40 min nəfər azalıb.
Türkiyə mətbuatı miqrasiya departamentinin məlumatlarına istinadən yazır ki, onların arasında indi Serbiya və BƏƏ-yə səfər edən çoxlu sayda rusiyalı da var.
Verilən məlumata görə, rusların ölkəni tərk etməsinə, mənzil qiymətlərinin kəskin artmasına və turistlərin yaşayış icazəsi almaq üçün yoxlamaların sərtləşməsinə səbəb ola bilər. Ümumilikdə, 2023-cü ildə yaşamaq icazəsi olan təxminən 55 min Rusiya vətəndaşı Türkiyəni tərk edib.
Türkiyənin "Endeksa" platformasının məlumatına görə, 2023-cü ilin iyun ayına Antalyada kirayə qiymətləri 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2 dəfə artaraq 1 kv.m üçün 6 avro təşkil edib. Düzdür, ötən ilin avqustunda bu rəqəm 1 kv.m üçün 5 avro səviyyəsinə, 2024-cü ilin əvvəlində isə 4 avroya düşüb. 2022-ci ilin fevral ayında daşınmaz əmlakın alınmasının qiyməti 1 kv.m üçün 571 avro təşkil edib. 2023-cü ilin iyun ayında isə 1 kv.m üçün 1221 avro pik dəyərinə çatmışdı. Hazırda qiymət isə 1 kv. m üçün təxminən 1000 avrodur.
NSP hüquq bürosunun partnyoru, Rusiya-Türkiyə Dialoq Assosiasiyasının prezidenti Arsen Ayupov deyir ki, rusların ölkəni tərk etməsinin üç əsas səbəbi var. Birincisi, Ukraynada hərbi əməliyyat başladıqdan sonra bir çox insan assimilyasiya edə bilmədi (uyğunlaşa bilmədi) və geri qayıtdı. İkincisi, daşınmaz əmlak və kirayə qiymətləri artıb, yüksək inflyasiya səbəbindən Türkiyədə yaşayış minimumu qalxıb. Üçüncüsü, yaşayış icazəsi ilə bağlı məhdudiyyətlər ona gətirib çıxarıb ki, çoxları onu yeniləyə bilmir.
Antalyada mənzil və kirayə qiymətlərinin artımını dayandırmaq üçün yerli hakimiyyət 10 şəhər məhəlləsini əcnəbilərin üzünə bağlayıb. Bundan əlavə, onlar daha əvvəl yaşayış icazəsi almaq üçün daşınmaz əmlak üzrə minimum alışın məbləğini bir neçə dəfə artırıblar. Nəşr qeyd edir ki, son nəticədə bu tədbirlər bəzi əcnəbilərin ölkəni tərk etməsinə səbəb olub ki, bu da Antalyada mənzil və kirayə qiymətlərinin 15-25% ucuzlaşmasına gətirib çıxarıb.
Ötən ilin dekabrında Türkiyənin miqrasiya idarəsi 2023-cü ilin əvvəlindən Türkiyədə yaşamaq icazəsi ilə yaşayan rusların sayının 34% azaldığını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
9 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















