“Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası” təsdiq edilib
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 yanvar 2024-cü il tarixli 06/6 nömrəli Qərarı ilə “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın yeni redaksiyası təsdiq edilmiş və 13 mart 2024-cü il tarixindən qüvvəyə minəcəkdir.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, qaydanın qəbulu ilə 2001-ci ildən qüvvədə olan “Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların aparılması Qaydaları” ləğv edilmişdir. Yenilənmiş Qaydada beynəlxalq standartların son tələbləri, aktivlərin riskinə proporsional təminatlılıq tələbləri, bankda çevik qərarvermə prosesləri, habelə əvvəlki qaydadakı tələblərin daha da təkmil formada əksi ehtiva olunmuşdur.
Yeni Qaydada aidiyyəti şəxs anlayışı dəqiqləşdirilmiş, anlayışda nəzərə alınan dolayı yolla iştirakın həddi, habelə aidiyyəti şəxslərlə güzəştli əməliyyatların qadağan edilməsi tələbində güzəştin hesablama metodologiyası müəyyən edilmişdir.
Qaydada aidiyyəti şəxs kreditləri həcminə görə əhəmiyyətli və qismən əhəmiyyətli aidiyyəti şəxs krediti kateqoriyalar üzrə təsnifləşdirilərək bu kreditlərə diferensial təminatlılıq tələbləri müəyyən edilmiş, habelə banklarda aidiyyəti şəxslərlə əməliyyatlar üzrə qərarvermə prosesinə dair tələbləri müəyyən edilmişdir.
Bundan əlavə, bankların fəaliyyətinə nəzarət prosesi zamanı aidiyyəti şəxslərlə əməliyyatlarında aşkar edilmiş normativ pozuntularının aradan qaldırılması üzrə müddətlər, eyni zamanda aidiyyəti şəxslərlə aparılmış əməliyyatlara dair Mərkəzi Banka təkmil hesabatlıq tələbləri müəyyən edilmişdir.
"Bütövlükdə, yenilənmiş Qayda aidiyyəti şəxslərlə daha təhlükəsiz və sağlam bank əməliyyatlarının həyata keçirilməsini təmin edəcək, habelə bu əməliyyatlar üzrə şəffaflığın artırılmasına xidmət edəcəkdir", - Mərkəzi Bank bildirib.
Yeni tələblər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar:
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















