Azərbaycanda Şri-Lankadan gətirilmiş xüsusi qablarda çiyələk yetişdirilməsinə başlanılıb
Cəlilabadda ilk dəfə hidropon üsulu ilə çiyələk yetişdirilibBu il ilk dəfə olaraq Cəlilabad rayonunda ixracda rəqabətədavamlı yüksəkkeyfiyyətli məhsul istehsalı üçün çiyələk bağında tam avtomatlaşdırlımış sistem vasitəsilə məhsul yetişdirilib. Ənənəvi sahələrdən fərqli olaraq burada çiyələk torpaqda deyil, hidropon üsulu ilə xüsusi qablarda becərilir.
Bağda rəqabətədavamlı məhsul yetişdirmək üçün yeni texnologiyalardan istifadə edilir. Burada istehsal olunan çiyələyin ixracı da gözlənilir.
“Dünya bazarlarına daha keyfiyyətli və orqanik məhsul çıxarmaq üçün bu il ilk dəfə təsərrüfatımıza Şri-Lankadan gətirilmiş xüsusi qablarda çiyələk yetişdirilməsinə başladıq. Bu üsulla məhsulu həm keyfiyyətli, həm də təmiz və toz–torpaqsız əldə etmək mümkün oldu. Həmçinin məhsulun tez yetişib satışa çıxarılması üçün də bu üsul xüsusi əhəmiyyətə malikdir. Burada suvarma, istiliyin nizamlanması kompüterləşdirilmiş sistem vasitəsilə həyata keçirilir. Buna torpaqsız əkinçilik deyilir. Nəticədən çox razıyıq. Torpaqdakı əkindən fərqli olaraq burada dəniz yosunlarından və gübrələrdən istifadə edilir” , - deyə təsərrüfatın aqronomu İlkin Şəfəqqətov bildirir.
İstixana şəraitində yetişdirilən bu çiyələklərdən il boyu məhsul əldə olunur. Məhsuldarlıq isə digər becərmə üsulları ilə müqayisədə iki dəfə çoxdur. Bu da yerli bazarlarda məhsul bolluğu yaratmaqla yanaşı, onun ixrac potensialını da xeyli artırır.
Aqronomun sözlərinə görə, yığılan məhsul soyuducu anbarlarda saxlanılır, daxili və xarici bazarlara çıxarılır. Bu il əkin zamanı əsasən “Murano” növünə üstünlük verilib. Bunun da əsas səbəbi bu sort çiyələyin daha şirin olması və uzaq məsafələrə daşınmasının daha asan başa gəlməsidir. Digər əsas məsələ ixrac olunacaq məhsulun müəyyən keyfiyyət və qablaşdırma standartlarına cavab verməsidir.
Qeyd edək ki, hidropon üsulu torpaqsız və ya suda becərmə, torpaq olmadan qidalı su ilə bitkinin becərilməsidir. Əkin substratı kimi qum, torf, perlit, qaya yunu və ya gildən istifadə olunur. Son illər ölkəmizdə becərmədə hidropon üsuluna maraq artıb. Bu becərmə üsulu ilə yaradılmış istixanaların sayı artmaqdadır.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























