"Kapital Bank" süni intellekt xidmətində rəqiblərindən önə keçdi - SƏDRİ MƏLUMAT PAYLAŞDI
"Kapital Bank" süni intellekt ilə xidmətini daha da təkmilləşdirib. Bankın İdarə Heyətinin sədri Fərid Hüseynov süni intellekt əsaslı texnologiyalar ilə müştərilərə daha sürətli və keyfiyyətli xidmət göstəriləcəyinə əmindir."Kapital Bank" ASC süni intellektin köməyilə təqdim etdiyi xidmətlərin sayını artırıb. Artıq bu xidmətlə kart balansının və kredit borcunun yoxlanılması, yanlış PİN, 3D təhlükəsizlik kodu və bənzər hallara görə bloklanmış kartın blokdan azad edilməsi kimi əməliyyatları icra etmək mümkündür.
Marja.az xəbər verir ki, bu barədə "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri Fərid Hüseynov Linkedin sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.
Bankın İdarə Heyətinin sədri qeyd edib ki, bugün süni intellekt əsaslı texnologiyalar şirkətlərə müxtəlif istiqamətlərdə xidmət keyfiyyətini maksimallaşdırmaq üçün saysız imkanlar yaradır:
"Biz də bir neçə ildir ki, önəmli addımlar ataraq, süni intellekt əsaslı texnologiyalara investisiya edir, xidmət sahəsində tətbiq etdiyimiz innovasiyalar ilə seçilirik. Belə ki, ötən ilin sonu süni intellekt ilə gücləndirilmiş zəng və "Çat" sorğu xidmətini müştərilərimizin istifadəsinə verdik. Bu texnologiya sayəsində müraciət edən müştərilərimiz 1 saniyədən də az vaxtda sorğularına cavab alırlar. Bugünədək "Çat" sorğularının 53%-i insan köməyi olmadan həllini tapıb.
Müştəri sorğularına uyğun olaraq özünü təkmilləşdirən bu xidmətlə kart balansının və kredit borcunun yoxlanılması, yanlış PİN, 3D təhlükəsizlik kodu və bənzər hallara görə bloklanmış kartın blokdan azad edilməsi kimi əməliyyatları icra etmək mümkündür.
Əminəm ki, bütün bu təşəbbüslərimiz müştərilərimizə daha sürətli və keyfiyyətli xidməti təmin edəcək".
Qeyd edək ki, təkmilləşmədən sonra "Kapital Bank" ASC-nin Süni intellekt xidməti rəqiblərinin müvafiq xidmətini üstələyib. Belə ki, digər bankların Süni intellekt xidmətləri hələ ki, yalnız müştərilərin suallarını cavablandırır. "Kapital Bank"ın Süni intellekt xidməti isə müştərilərin suallarına cavab verməklə bərabər, həm də onlar üçün əməliyyatları həyata keçirir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























