Xarici valyutada depozitlərdə böyük artım - MİLLİ VALYUTADA DEPOZİTLƏR İSƏ AZALIB
Azərbaycan banklarında yerləşdirilən xarici valyutada depozitlər (maliyyə institutları istisna olmaqla) 2024-cü ilin Yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə 826,4 milyon manat artaraq 14 milyard 104,5 milyon manata çatıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, Yanvarda fiziki şəxslərin xarici valyutada depozitləri 284,4 milyon manat artaraq 4 milyard 555,6 milyon manata, hüquqi şəxslərin xarici valyutada depozitləri 542 milyon manat artaraq 9 milyard 548,9 milyon manata yüksəlib.
Yanvar ayında cəmi xarici valyutada depozitlərdəki 826,4 milyon manatlıq artımın 465,5 milyon manatı müddətli xarici valyutada depozitlər üzrə olub.
Dekabrda bankların cəmi depozit portfeli 445,3 milyon manat artaraq 34 milyard 995,4 milyon manata yüksəlib. Cəmi depozitlərə daxil olan xarici valyutada depozitlərin 826,4 milyon manat artması bu o deməkdir, milli valyutada depozitlər 381,1 milyon manat azalıb.
Yanvarda fiziki şəxslərin cəmi depozitləri 249 milyon manat artaraq 2024-cü ilin yanvar ayının sonunda 12 milyard 831,2 milyon manata çatıb. Yanvarda cəmi fiziki şəxslərin depozitlərinə daxil olan fiziki şəxslərin xarici valyutada depozitləri isə 284,4 milyon manat artıb. Bu o deməkdir ki, Yanavrda milli valyutada fiziki şəxslərin depozitləri 35,4 milyon manat azalıb.
Yanvarda hüquqi şəxslərin depozitləri ötən ilin dekabr ayının sonu ilə müqayisədə 196,3 milyon manata artaraq 22 milyard 164 milyon manata çatıb. Cəmi hüquqi şəxslərin depozitlərinin 196,3 milyon manat artmasına qarşılıq hüquqi şəxslərin xarici valyutada depozitlərinin 542 milyon manat artması, milli valyutada hüquqi şəxslərin depozitlərinin 345,7 milyon manat azalması deməkdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
11 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























