İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
Sənaye zonalarının genişləndirilməsi, klasterləşmə, investisiyaların, “yaşıl” texnologiyanın təşviqi, bərpa olunan enerji təchizatının artırılması məsələləri müzakirə edilibİqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda sənaye zonalarında görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, sənaye zonaları ölkədə istehsalın artırılması, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.
Azərbaycanın qeyri-neft-qaz istehsalı və qeyri-neft-qaz ixracının əhəmiyyətli hissəsi sənaye zonalarının payına düşür. Sənaye zonalarında dövlət tərəfindən yaradılmış əlverişli şərait, təklif olunan güzəştlər sahibkarlıq fəaliyyətini genişləndirir.
Tədbirdə 2024-cü ildə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, o cümlədən, sənaye zonalarının genişləndirilməsi, klasterləşmə, investisiyaların, “yaşıl” texnologiyanın təşviqi, bərpa olunan enerji təchizatının artırılması məsələləri müzakirə edilib. İclasda insan kapitalının inkişafının önəmi vuğulanıb, Agentliyin nəzdində Peşə Təhsil Mərkəzinin fəaliyyəti və yeni iş yerlərinin yaradılması barədə fikir mübadiləsi aparılıb.
İclasda, həmçinin İZİA-nın fəaliyyəti ilə bağlı digər məsələlərə baxılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 9 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























