Dəniz və Liman Agentliyi xüsusi hazırlıq şəhadətnamələrini müddətsiz verəcək
Dövlət Dəniz və Liman Agentliyində həyata keçirilən islahatların davamı olaraq dənizçilərə xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi prosesi sadələşdirilir.
Belə ki, xüsusi hazırlıq şəhadətnamələri dənizçilərə müvafiq üzmə haqqında arayış və ümumvətəndaş pasportu (yalnız xarici sularda üzən dənizçilər) təqdim edilməklə müddətsiz veriləcək.
Agentlik tərəfindən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın, habelə milli qanunvericiliyin tələbləri nəzərə alınmaqla aşağıda adları qeyd olunan 9 növ xüsusi hazırlıq kursu üzrə şəhadətnamələr müddətsiz veriləcək:
“Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya” (yalnız gəmilərin sıravi heyət üzvləri üçün);
“Gəmidə ilk tibbi yardım”;
“Gəmidə tibbi nəzarət”;
“İzdihamın idarə olunması üzrə hazırlıq”;
“Böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq”;
“Sərnişinlərin, yükün və gəmi gövdəsinin təhlükəsizliyi üzrə hazırlıq”;
“Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat”;
“Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı”;
“Gəmi mühafizəsi üzrə məsul şəxs”.
Sözügedən xüsusi hazırlıq şəhadətnamələrinin müddətsiz verilməsi prosesinə martın 1-dən başlanılacaq. Həmin tarixdən əvvəl alınmış xüsusi hazırlıq şəhadətnamələrinin etibarlılıq müddətinin bitməsinə 6 aydan az müddət qaldıqda dənizçi Agentliyə müraciət edərək imtahanda iştirak etmədən həmin şəhadətnamələri müddətsiz yeniləmək imkanı əldə edəcək.
Hazırda adıçəkilən xüsusi hazırlıq şəhadətnamələri dənizçilərə 5 illik müddətə verilir. Dənizçilər sözügedən sənədləri Agentlik tərəfindən ölkəmizdə fəaliyyətinə icazə verilmiş təlim-tədris müəssisələrində təşkil edilən xüsusi hazırlıq kurslarını bitirdikdən sonra əldə edə bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 8 d. əvvəl
-
-
9 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
20 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb







.jpg)









.jpg)







