Azərbaycanda ödəniş sistemi operatorunun fəaliyyət istiqamətləri müəyyənləşib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nı təsdiqləyib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, ödəniş sistemi operatorunun fəaliyyətinin ilk 3 ili üçün hazırlanmış biznes-planı, eləcə də ödəniş sisteminin etibarlı və təhlükəsiz idarə olunmasını təmin etmək üçün müvafiq təşkilati strukturu və fəaliyyətinin bütün sahələrini əhatə edən daxili nəzarət sistemi olmalıdır.
Operator daxili nəzarət sistemi çərçivəsində ödəniş sisteminin fəaliyyətini davamlı monitorinq etməli və müəyyən edilmiş hədəflərə nail olunmasını qiymətləndirməlidir.
Operator özünün, habelə iştirakçılarının məruz qala biləcəyi risklərin müəyyən edilməsini, qiymətləndirilməsini, monitorinqini və nəzarətini təmin edən risklərin effektiv idarə edilməsi sisteminə malik olmalıdır.
Risklərin idarə edilməsi üzrə daxili qayda və prosedurlar ildə azı 1 dəfə nəzərdən keçirilməlidir. Risklərin idarə edilməsi sistemi operatorun qarşılaşdığı risklərin qarşısını ala bilmədikdə və ya operatorun risk profilində əks olunmayan risklə əlaqədar insident və ya operatorun fəaliyyətində dayanmalar baş verdikdə, həmçinin informasiya sistemləri və texnologiyalarında əsaslı dəyişikliklər aparıldıqda 3 aydan gec olmayaraq risklərin idarə edilməsi sisteminə zəruri dəyişikliklər edilməli, bu dəyişikliklər sənədləşdirilməlidir. Ödəniş sisteminin qarşılaşa biləcəyi risk növlərindən asılı olaraq hər 6 aydan bir stress-testlərin keçirilməsi təmin edilməlidir.
Operator fəaliyyəti ilə bağlı rüblük hesabatı növbəti rübün ilk 5 iş günündən gec olmayaraq, eləcə də hər ilin yanvar ayının son iş gününədək ötən təqvim ili ərzində baş vermiş dəyişikliklər göstərilməklə istifadə olunan əsas avadanlıq və proqram təminatlarının siyahısını, onlar arasında əlaqə üzrə topoloji diaqramı Mərkəzi Banka təqdim etməlidir
Ödəniş sisteminə yeni iştirakçılar daxil olduqda və ya mövcud iştirakçı ödəniş sistemindən çıxdıqda, habelə iştirakçının statusu dəyişdikdə operator 5 iş günü müddətində hesabatı və operator yeni məsul şəxs barədə qeyd olunan yazılı məlumatı 3 iş günü ərzində Mərkəzi Banka təqdim etməlidir.
Bundan başqa, operatorun fəaliyyətində baş vermiş plansız dayanmalar barədə əlaqələndirici şəxs tərəfindən yazılı məlumat hadisənin baş verməsindən sonra 15 dəqiqədən gec olmayaraq, planlı dayanma halı barədə məlumat isə azı 3 iş günü əvvəl Mərkəzi Banka təqdim edilməlidir.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
8 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
13 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)









