Azərbaycanda ilk “Faktorinq Klubu” yaradılıb
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ölkənin ilk “Faktorinq Klubu”nun rəsmi açılış mərasimini keçirib.
Marja.az Banka istinadən xəbər verir ki, Martın 1-də baş tutan tədbirdə 20-dən çox iri biznes şirkətlərinin təmsilçiləri iştirak ediblər.
“Faktorinq Klubu”nun yaradılmasında əsas məqsəd alıcı şirkətlər, onların təchizatçıları və “PAŞA Bank” arasında qarşılıqlı biznes əlaqələrini genişləndirmək, kiçik və orta sahibkarların faktorinq məhsulundan daha çox faydalanması üçün şərait yaratmaq və bununla da bazarda rəqabət üstünlüklərini gücləndirməkdir.
Tədbirdə çıxış edən “PAŞA Bank”ın İdarə heyəti sədri və Baş icraçı direktor Cavid Quliyev bildirib ki, real sektorun inkişafını hədəfləyən bir maliyyə institutu olaraq, Bank Azərbaycanda sağlam və innovativ maliyyə ekosisteminin formalaşdırılmasına sadiqdir.
“Bu gün “PAŞA Bank” Azərbaycan bazarında yeganə bankdır ki, öz müştəriləri üçün rəqəmsal faktorinq xidmətləri göstərir. Yaradılan çoxsahəli ekosistem, müştərilərimizin maliyyə effektivliyini artırmaqla yanaşı, rəqəmsal həllərlə iş proseslərini optimallaşdırır və bazarın daima dəyişən tələblərinə sürətlə uyğunlaşmaq imkanını təmin edir. Əminəm ki, “PAŞA Bank”ın yaratdığı “Faktorinq Klubu” bizneslər və xidmət təminatçılarını bir araya gətirən, sahibkarların fəaliyyətinə və ölkəmizin iqtisadiyyatının dayanıqlı inkişafına əlavə dəyər qatan platforma olacaqdır”, - deyə, C. Quliyev bildirib.
Qeyd edək ki, “PAŞA Bank” 2014-cü ildən etibarən ölkədə faktorinq xidmətləri göstərir. Xidmətdən yalnız “PAŞA Bank”ın müştəriləri deyil, ölkədə fəaliyyət göstərən digər hüquqi şəxslər və fərdi sahibkarlar da istifadə edə bilər.
Faktorinq məhsulunun bütün üstünlükləri haqqında ətraflı məlumat almaq və onlayn müraciət forması üçün bu linkə keçid alın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























