Çin Ticarət Nazirliyi ABŞ-ın Çin avtomobilləri ilə bağlı araşdırmasını pisləyir
"ABŞ-ın qeyri-tarif maneələri yaratmaq cəhdi qlobal avtomobil sənayesi və təchizat zəncirlərini sarsıdan tipik proteksionist təcrübədir",Çin, casusluqda istifadə edildiyi iddia edilən Çin istehsalı olan avtomobillərlə bağlı ABŞ-ın araşdırmasından ciddi narahatdır.
Marja.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Ticarət Nazirliyinin nümayəndəsi bildirib.
"ABŞ milli təhlükəsizlik bəhanəsi ilə Çin avtomobillərinin normal ixracına maneələr yaradır", - Nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ABŞ-ın qeyri-tarif maneələri yaratmaq cəhdi qlobal avtomobil sənayesini və təchizat zəncirlərini sarsıdan və Amerika istehlakçılarının maraqlarına zərər verən tipik proteksionist təcrübədir.
"Çin ABŞ-ı bazar prinsiplərinə hörmət etməyə və ədalətli rəqabət mühiti yaratmağa çağırır"- Çin Xalq Respublikasının Ticarət Nazirliyinin nümayəndəsi deyib. Onun sözlərinə görə, Çin tərəfi "zəruri hallarda öz qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün təsirli tədbirlər görəcək".
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq də bildirib ki, ABŞ prezidenti Co Bayden ticarət-iqtisadi əməkdaşlıq məsələlərini siyasiləşdirir.
ABŞ, milli təhlükəsizliyinə mümkün təhdidlər səbəbindən idxal olunan Çin avtomobilləri ilə bağlı araşdırmaya başlayıb. Qeyd edilib ki, Çindən idxal olunan nəqliyyat vasitələri vətəndaşlar və infrastruktur haqqında məxfi məlumatları toplaya və sonra onu Çin hakimiyyət orqanlarına ötürə bilər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















