Yaşı 5 ilə qədər olan minik avtomobillərinin xüsusi çəkisi yüksəlib
Yaşı 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərinin sayındakı xüsusi çəkisi 2021-ci ildə 4.6% idisə, 2023-cü ildə bu rəqəm 5.4%-ə yüksəlib.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Anar Rzayev “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Yol Xəritəsi çərçivəsində müvafiq sahə üzrə qiymətləndirmələrin və təhlillərin aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, araşdırmaların aparılması, standartların hazırlanması, eləcə də zəruri infrastrukturun yaradılması istiqamatində ümumilikdə 48 tədbirin icrası nəzərdə tutulur:
“Vergi və gömrük sahəsində tətbiq olunan güzəşt və azadolmaların ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinə, habelə idxal olunan avtomobillərin yaş strukturuna və yanacaq növünə təsirinin qiymətləndirilməsi.
Ekoloji təmiz nəqliyyat vasitələrinin əldə olunması üçün stimullaşdırıcı alətlərin və dəstək mexanizmlərinin (güzəştli şərtlərlə kreditlərin ayrılması, lizinq və daha yumşaq şərtlərlə sığorta məhsulunun tətbiqi, hissə-hisse ödəniş) formalaşdırılması üzrə təkliflərin hazırlanması.
Elektrik və hibrid mühərrikli yük nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üzrə təkliflərin hazırlanması.
Hibrid avtomobillərdən istifadanin stimullaşdırılması məqsədilə onlara idxal gömrük rüsumları və vergilər üzrə əlavə güzəştlərin tətbiqi sahəsində təkliflərin hazırlanması.
Enerji doldurucu qurğuların yerli istehsalının təşviqi məqsədilə idxal gömrük rüsumları və vergilər üzrə müvafiq güzəştlərin tətbiqi imkanlarının qiymətləndirilməsi.
Avtobusla şəhərdaxili müntəzəm sərnişin daşımalarında ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin mövcud vəziyyetinin təhlil olunması və təşviqi üzrə təkliflərin hazırlanması;
EDM-lərdə istehlak olunan elektrik enerjisinə görə onlayn ödənişlərin aparılması üçün xüsusi vahid proqram teminatının yaradılması və ya mövcud proqramların əlaqələndirilərək daha da təkmilləşdirilməsi.
Ekoloji təmiz nəqliyyat vasitələrinin dövlət satınalmalarında təşviq olunması və qeyri-dövlət sektorunda bu sahəyə marağın artırılması məqsədilə təkliflərin hazırlanması.
Elektrik mühərrikli və hibrid naqliyyat vasitələrinin avtobus zolaqlarından, parklanma yerlərindən, ödənişli yollardan güzəştli istifadəsi ilə bağlı imkanların araşdırılması;
Azərbaycanın avtomobil nəqliyyatı parkı üçün elektrikləşdirmə imkanlarının qiymətləndirilməsi və nəticelerina əsasən tələb olunan investisiya həcminin müəyyən edilməsi;
Hibrid avtomobil kateqoriyasının müəyyənləşdirilməsi üçün müvafiq standartların hazırlanması”.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 52 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 3 saat əvvəl
-
4 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 21-də gözlənilən hava şəraiti
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb























