"Əhalinin ictimai nəqliyyata üstünlük verməsi üçün Bakıda 2500-dən çox avtobus olmalıdır"
17% əhalinin ictimai nəqliyyata çıxışı ümumiyyətlə yoxdur.“Apardığımız diaqnostika göstərdi ki, işləyən avtobusların sayı cədvəldə verilən avtobusların sayından azdır. 2200 əvəzinə 1700 avtobus xətdə olub”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Anar Rzayev qeyd edib ki, 17% əhalinin ictimai nəqliyyata çıxışı ümumiyyətlə yoxdur:
“26 daşıyıcı şirkət var. Avtobusların yeni dayanıqlı maliyyə modeli artıq hazırlanıb, daşıyıcılara dəstək verilməsi şəbəkəsi nəzərdə tutulur. Sakinlərin və əhalinin ictimai nəqliyyata üstünlük verməsi üçün şəhərdə 2500-dən çox avtobus olmalıdır. Hazırda bu say 2000-dən azdır”.
AYNA: Bakıda məktəb avtobuslarının tətbiqi çətindir
“Şəhər sakinlər üçün olmalıdır”.
Nunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Anar Rzayev qeyd edib ki, il ərzində Bakı şəhərində təxminən 2 milyard səfər həyata keçirilir: “Bunların yalnız 28%-i ictimai nəqliyyatın, 52 faizi isə fərdi avtomobillərin və taksilərin payına düşür. Burada da fərdi nəqliyyat vasitələrinin sayı isə yarıdan azdır. 2025-ci ilədək ictimai nəqliyyata 300 milyon səfər gətirməliyik”.
O diqqətə çatdırıb ki, məktəb avtobuslarının tətbiqi çox müzakirə olunurdu, amma hazırda bunun tətbiqi çox çətindir.
İctimai nəqliyyatla bağlı problemin həlli üçün dövlət büdcəsindən maliyyə nəzərdə tutulub
“İctimai nəqliyyatla bağlı problemlərin həlli üçün dövlətin də yaxın dəstəyinə ehtiyac olacaq”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, bu sahədə islahatlara ehtiyac var:
“Dövlət büdcəsində bunun üçün maliyyə nəzərdə tutulub. Əvvəlki dövrlərdə sahibkarlar ictimai nəqliyyat vasitələrini idarə etmədə öz bizneslərini yaradıblar”.
Nazir müavini elektron nəqliyyat qaiməsinin əhəmiyyətini diqqətə çatdırıb:
“Bu, ölkədə yükdaşımaların ağarmasına səbəb olacaq. Bunun tətbiqi çətinliklər yaradır, ancaq müəyyən zaman ərzində bu sistemin tam təkmil şəkildə tətbiqi ölkə iqtisadiyyatına müəyyən istiqamətlərdə təkan verəcək”.
APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi






















