“Bakıda səfərlərin 30-40 %-nin şəxsi avtomobilləri, qalanının isə ictimai nəqliyyatla reallaşdırılması hədəflənir”
2030-cu ilə qədər Bakıda səfərlərin 30-40 %-nin şəxsi minik avtomobilləri, qalanının isə ictimai nəqliyyatla reallaşdırılması hədəflənir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
"Ümumilikdə isə ictimai nəqliyyatdan istifadə edənlərin payının 90 %-i ötməsi, sərnişinlərin və piyadaların hərəkətinin rəqəmsallaşdırılması planlaşdırılır. Bundan başqa, sistemli göstəricilərin dəyişdirilməsi, bununla da, insanların istənilən nöqtəyə daha qısa vaxtda çatması, tıxacların aradan qaldırılması nəzərdə tutulur. Ekoloji cəhətdən vəziyyətin yaxşılaşdırılması da hədəfdədir. Adambaşına CO2 normasının 600 kiloqramdan aşağı endirilməsi planlaşdırılır. Bu da Parislə eyni səviyyədir", - deyə o qeyd edib.
"Bakıda il ərzində təxminən 2 milyard səfər həyata keçirilir. Bunun da 52 %-i fərdi nəqliyyat vasitələrinin və taksilərin, 28 %-i ictimai nəqliyyatın payına düşür. Bakıda ictimai nəqliyyatın payını sürətlə artırmaq mümkün olmayacaq, ancaq səfərlərin 41 %-nin ictimai nəqliyyata ötürülməsini nəzərdə tutmuşuq. Ümumiyyətlə biz başqa ölkələrdə bu məsələ ilə bağlı hansı işlər görüldüyünü nəzərdən keçirmişik, ümumilikdə 60-dan artıq proqram və təşşəbüslərə baxmışıq", - deyə AYNA sədri əlavə edib.
Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























