“KredAqro” BOKT 2023-cü il üzrə əsas göstəricilərini açıqladı
Bu dövrdə əvvəlki ilin sonu ilə müqayisədə təşkilatın ümumi faiz gəlirləri 1 milyon 466 min 211 manat olmaqla 32.18 % artmışdır. Digər müsbət göstərici olaraq, problemli kreditlərin səviyyəsi ötən illə müqayisədə 119 min 796 manat, yəni 2,43% nisbətində azalmışdır.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı 2023-cü ilin yekunlarına əsasən əsas maliyyə göstəriciləri üzrə artım dinamikasini qorumuş və bazarda mövqeyini möhkəmləndirmişdir.
Təşkilatın yaydığı press-relizdə bildirilir ki, real sektorun və ev təsərrüfatlarının dəstəklənməsi istiqamətində aktiv fəaliyyətlərini davam etdirən “KredAqro” BOKT MMC 2023-cü ili 87 min 478 manat xalis mənfəətlə başa vurmuşdur.
Qeyd olunur ki, 2023-ci ilin yekunlarına görə, “KredAqro” BOKT MMC-nin cəmi aktivləri 8 milyon 574 min 263 manat olmaqla, ötən ilin analoji dövrü ilə müqayisədə demək olar ki dəyişilməmişdir. Təşkilatın xalis kredit portfeli 5 milyon 337 min 917 manat olmuşdur. Bu dövrdə müştərilərə verilmiş kreditlərin həcmi 5 milyon 764 min 728 manat olmuşdur ki, bu da ötən ilki göstərici ilə müqayisədə 23% artım deməkdir.
Bu dövrdə əvvəlki ilin sonu ilə müqayisədə təşkilatın ümumi faiz gəlirləri 1 milyon 466 min 211 manat olmaqla 32.18 % artmışdır. Digər müsbət göstərici olaraq, problemli kreditlərin səviyyəsi ötən illə müqayisədə 119 min 796 manat, yəni 2,43% nisbətində azalmışdır.
Xüsusi qeyd olunmalıdır ki, hesabat ili ərzində təşkilatın sıx əməkdaşlıq etdiyi "Azfinans İnvestisiya Şirkəti"nin vasitəçiliyi ilə müvəffəqiyyətlə istiqrazların buraxılışı və yerləşdirilməsi baş tutmuş, o cümlədən "Kapital Bank" və "PAŞA Bank" kimi nüfuzlu maliyyə qurumları ilə uğurlu maliyyə əməkdaşlığı həyata keçirilmişdir.
Eyni zamanda, bu dövr ərzində Təşkilatın yenilənmiş korporativ saytı və mobil əlavəsi istifadəyə verilmiş, habelə alternativ satış kanallarının tətbiqi kimi, online kreditləşmə layihəsi üzrə işlərə başlanılmışdır.
"Təşkilatın maliyyə göstəricilərinin ötən ilin analoji dövrü ilə müqayisədə əhəmiyyətli müsbət dinamikası və tətbiq edilən innovativ həllər sayəsində qarşıdakı illərdə də bu müsbət tendensiyaları qoruyacağı və gəlirlərinin artacağından xəbər verir",- press-relizdə qeyd edilib.
2000-ci ildən etibarən fəaliyyət göstərən “KredAqro” BOKT MMC ölkənin müxtəlif regionlarında 11 satış nöqtəsi ilə müştərilərinin xidmətindədir və 23 illik təcrübəsi ərzində müxtəlif dövrlərdə BOKT-lar arasında lider mövqelərdə yer almışdır. Təşkilat öz müştərilərinə biznes, şəxsi istehlak, biznes, kənd təsərüffatı, lizinq və lombard kreditlərini təklif edir. Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yüksəldilməsi və bu xidmətlərin çeşid və əhatə dairəsinin genişləndirilməsi Təşkilatın əsas məqsədlərindən biridir.
“KredAqro” BOKT MMC-nin ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. “KredAqro” BOKT MMC–nin təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 4412134 Məlumat Mərkəzinə zəng edərək, habelə Təşkiatımızın rəsmi web səhifəsini və ya sosial şəbəkələrdəki (Facebook, Instagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
