Azərbaycanda ilk kobrend filialı açıldı
AccessBank və Visa Azərbaycanda açılan ilk kobrend filialında ağıllı kartomat təqdim etdilərBank sektorunun aparıcı oyunçularından olan AccessBank və rəqəmsal ödənişlər üzrə qlobal lider Visa, Azərbaycanda ilk innovativ kobrend filialını açmaq üçün birləşib.
AccessBank-ın yaydığı məlumatda bildirilir ki, Bakının Səbail rayonu, R.Rza küçəsi 15 ünvanında yerləşən ilk kobrend filialının açılması Azərbaycanda bank müştərilərinin yeni xidmət səviyyəsi ilə təmin olunmasına şərait yaradacaq.
Xidmət sahəsində innovasiyaların tətbiqi siyasətinə sadiq qalan AccessBank və Visa, müştəriləri ödəniş kartlarının istehsalını sürətləndirmək üçün nəzərdə tutulan Smart Embosser Machine (SEM) ağıllı terminalı ilə sevindirəcəklər. Kobrend filialının əsas üstünlüyü olan yeni terminal müştərilərə adlı kredit və debet kartlarını bir dəqiqə ərzində yerində çap edib əldə etmək imkanı yaradır.
“Biz Azərbaycanda qlobal ödəniş lideri Visa ilə kobrend filialı açan ilk bank olmaqdan qürur duyuruq, bu, bizim etibarlı tərəfdaş kimi imicimizin əlavə sübutudur. Biz həmçinin məmnuniyyətlə bildiririk ki, bu əməkdaşlıq müştərilərə xidmət, nağdsız ödənişlərin təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində yenilikləri tətbiq etməyə imkan verəcək”, - filialın açılışında AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev bildirib.
“AccessBank uzun illərdir ki Visa-nın strateji və etibarlı tərəfdaşıdır. Bu gün açılan filial adi formatdan fərqlənir - burada kovorkinqdə və ya kafedə olduğu kimi rahat atmosfer yaradılıb. Eyni zamanda, burada müştərilərlə işləmək üçün innovativ texnologiyalardan istifadə edilir. Məsələn, kart istehsalı üçün yüksək texnologiyalı terminallar quraşdırılıb - indi siz Visa kartlarını daha sürətli və daha rahat əldə edə bilərsiniz. Biz AccessBank-la əməkdaşlığımızdan qürur duyuruq və əminik ki, birlikdə Azərbaycanın nağdsız iqtisadiyyatını inkişaf etdirməyə davam edəcəyik”, - Visa-nın Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropada baş vitse-prezidenti və regional meneceri Kristina Doroş deyib.
İnnovativ və rahat maliyyə həllərinin tətbiqi AccessBank-ın fəaliyyət prioritetərindəndir. Bank bu istiqamətdə fəaliyyətini davam etdirərək, müştərilərin tələblərini ödəməklə, ölkənin bank sektorunun inkişafına öz töhfəsini verəcək.
“AccessBank-Visa” kobrend filialı müştərilərə iş günləri saat 9:00-dan 18:00-dək xidmət göstərir. Filial həm hüquqi, həm də fiziki şəxslərə maliyyə əməliyyatları üzrə xidmətlər təklif edir. Müştərilərin rahatlığı üçün burada ATM və Cash In xidmətlərinin göstərildiyi 24/7 fəaliyyət göstərən zona yaradılıb.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
6 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
7 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq

















.jpg)




