Bayram günlərində Bakının bəzi mərkəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
20-26 mart tarixlərində – Novruz bayramı günlərində də paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.17 mart tarixində Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təhlillər aparılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təhlillərə əsasən, böyük piyada axını müşahidə edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması effektiv olub. Belə ki, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir.
Müsbət nəticələr nəzərə alınaraq, 20-26 mart tarixlərində – Novruz bayramı günlərində də paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.
Qeyd edilib ki, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılır. Ərazidə yaşayan sakinlərə məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaq üçün “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə edilir.
Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
9 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 13 d. əvvəl
-
-
28 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı























