AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
(®) Azərbaycanda davamlı inkişaf və sahibkarlara əlverişli mühitin yaradılması siyasətinə sadiq olan AccessBank, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Naxçıvanda sahibkarlığın inkişaf perspektivləri və regionda dəstək tədbirlərinə həsr olunan konfrans təşkil edib.
Konfrans çərçivəsində Naxçıvan Muxtar Respublikasının (MR), İqtisadiyyat Nazirliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və AccessBank arasında üçtərəfli görüş keçirilib, görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Bundan əlavə, Nazirlik, AYİB və AccessBank nümayəndələri yerli sahibkarlığın potensialını araşdırmaq məqsədi ilə iki yerli istehsalat müəssisinə baş çəkiblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Tədbirdə Naxçıvan rəsmiləri ilə yanaşı, Muxtar Respublikada fəaliyyət göstərən sahibkarlar da daxil olmaqla 60-a yaxın şəxs iştirak edib. O cümlədən, Naxçıvan MR İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov, Naxçıvan MR iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev, Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Novruz Nozvruzlu iştirak etdilər.
“Naxçıvanda dövlət-özəl tərəfdaşlığı: Sahibkarlara dəstək konfransı” Naxçıvan Muxtar Respublikasında sahibkarlığın dəstəklənməsi üzrə üçtərəfli əməkdaşlığı əhatə edən ilk tədbir olub.
Açılışda AccessBank-ın İdarə Heyətinin üzvü, korporativ, kiçik, orta sahibkarlıq və pərakəndə bankçılıq üzrə İcraçı Direktoru İlkin Quliyev bildirib ki, konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilib və Naxçıvanda iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafının dəstəklənməsi məqsədi ilə Azərbaycanın qabaqcıl maliyyə institutlarının bölgəyə cəlb edilməsinin təməlini qoyacaq.
“AccessBank artıq ikinci ildir ki, Naxçıvanda fəaliyyət göstərir və filialımız yerli sahibkarlara aktiv şəkildə xidmət göstərir, onlara sərfəli məhsul və xidmətlər təklif edilir. Biz Naxçıvanda mühüm inkişaf imkanlarını görürük və hazırda yerli biznesi dəstəkləmək üçün xüsusi təkliflər, o cümlədən güzəştlər paketi hazırlayırıq”, - deyə İ.Quliyev konfrans zamanı qeyd edib.
Konfransda çıxış edən Naxçıvan MR İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov 2024-cü il aprelin 1-nə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlıq subyektlərinə ayrılan güzəştli kreditlərin 37,9%-nin AccessBank-ın payına düşdüyünü qeyd edərək, Bankı Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dəvət edib.
AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Muravidze bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı otuz ildən artıqdır ki, davamlı inkişaf və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində fəaliyyət göstərən Azərbaycanın fəal tərəfdaşıdır.
“Biz yerli biznesə dəstək məqsədi ilə maliyyə əlçatanlığı və rəqabətə davamlılıq imkanlarını yaratmaq istiqamətində AccessBank ilə əməkdaşlıq müqaviləsini imzalamağa hazırlaşırıq. AccessBank-ın etibarlılığı və mövcud filial şəbəkəsi sayəsində biz maliyyələşdirməmizi Azərbaycanın bütün regionlarına genişləndirmək niyyətindəyik. Bu tərəfdaşlıq AYİB-in Azərbaycanda strateji prioritetlərinin həyata keçirilməsi, eləcə də, sahibkarlığın və özəl sektorun inkişafına dəstək vermək üçün birgə səylərimizə güclü təkan verəcək”, - deyə Natali Muravidze bildirib.
AccessBank-ın İdarə Heyətinin üzvü, mikro və aqro-sahibkarlarla iş üzrə İcraçı Direktoru Renat Humbətov Naxçıvan filialının nümunəvi olduğunu qeyd etdi.
“Portfelin aktiv artımını nəzərə alaraq, hazırda Naxçıvan Muxtar Respublikasında daha bir filialın açılması məsələsinə baxılır. Naxçıvanın bank sektorunda ixtisaslaşmış kadrların hazırlanması və məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə işə qəbul prosesnin elan edilməsi də nəzərdə tutulub”, - R.Hümbətov konfransda bildirib.
AccessBank-ın təşkilatçılığı ilə keçirilən “Naxçıvanda Dövlət-Özəl Tərəfdaşlığı: Sahibkarlığa Dəstək Konfransı” regionun davamlı iqtisadi inkişafının təmin edilməsində bank, biznes ictimaiyyəti və dövlət qurumları arasında tərəfdaşlığın vacibliyini vurğuladı. AccessBank bundan sonra da Naxçıvanda biznes ictimaiyyətinin gücləndirilməsi və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
44 d. əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
2 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
2 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Click to Pay with Visa" — "Epoint"də onlayn "checkout" üçün yeni standart
-
2 saat əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır















.jpg)




