Çin şirkətilə 60 MVt və 100 MVt günəş elektrik stansiyalarının tikintisi ilə bağlı görülən tədbirlər müzakirə edilib
Çinlə “yaşıl enerji” əməkdaşlığının inkişafı müzakirə edilib
Energetika naziri Pərviz Şahbazovla “China Energy Engineering Group Co.Ltd” şirkətinin sədri Song Hailiangin rəhbərlik etdiyi və “China Energy International Group Co. Ltd” şirkətinin sədri Lyu Zexiangin da daxil olduğu nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə bərpa olunan enerji üzrə çoxistiqamətli əməkdaşlıq əlaqələrinin inkişafına və COP29 çərçivəsində Çin şirkətləri ilə birgə fəaliyyətə dair müzakirələr aparılıb.
Çində və qlobal miqyasda energetika və infrastruktur sənayeləri üçün sistematik, inteqrasiya olunmuş, hərtərəfli inkişaf planları və xidmətləri təqdim edən “China Energy Engineering Group Co.Ltd” şirkətinin həyata keçirdiyi layihələr barədə məlumat verilib. Çin şirkətlərinin ölkəmizdə nəhəng bərpa olunan enerji potensialının reallaşdırılması üzrə genişmiqyaslı fəaliyyət sahələrində iştiraka maraq göstərdikləri diqqətə çatdırılıb. “Yaşıl enerji” dəhlizləri və interkonnektorlarının yaradılması, “yaşıl enerji”nin ixracı, “yaşıl hidrogen” və “yaşıl ammonyak”ın istehsalı-nəqli, həmçinin enerji saxlanc sistemləri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. Həmçinin Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanmış 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib. 60 MVt və 100 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı görülən tədbirlər və növbəti addımlar nəzərdən keçirilib.
Söhbət zamanı İşçi Qrupunun yaradılması ilə potensial əməkdaşlıq istiqamətləri üzrə təkliflərin dəyərləndirilməsi və nəticədə müvafiq layihələrlə bağlı əməkdaşlıq edilməsi üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi razılaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 9 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)












