Qlobal bazarlarda son vəziyyət
Yaponiya hökumətinin verdiyi məlumatlara əsasən, ölkənin ÜDM-i, ilkin hesablamalara görə, ötən rübdə illik ifadədə 2% azalıb. Analitiklər isə cəmi 1.5%-lik azalma proqnozlaşdırmışdılar. Əvvəlki rüb ilə müqayisədə Yaponiyanın ÜDM-i 0.5% azalıb. Belə ki, dolların yen qarşısında məzənnəsi günü 154.570 səviyyəsində açmış olsa da, hal-hazırda 154.050 səviyyəsində ticarət olunur.
Dünən ABŞ-da illik inflyasiyanın ötən ay ilə müqayisədə aprel ayında 3.5%-dən 3.4%-ə qədər yavaşlaması barədə məlumatlar açıqlandı. Eyni zamanda, aprel ayında istehlak qiymətləri proqnozların altında açıqlandı. Ötən ay 0.4%-lik artımla dərc olunan göstərici, aprel ayında 0.3% artıb.
Ötən gün 1.6%-lik artım göstərən qızıl qiymətləri, cümə axşamı günü səhər demək olar ki, dəyişməz olaraq qalırlar. Dəyərli metalın qiyməti tarixi maksimum həddi olan 2431$ səviyyəsini hələ ki aşa bilmir. Həmçinin Nyu-York “Comex” birjasında iyun ayı üzrə qızıl fyuçerslərinin qiyməti simvolik olaraq 0.95$ və ya 0.04% artaraq, 1 troya unsiyası üçün 2395.85$ təşkil edir. İyul ayı üzrə gümüş fyuçerslərinin qiyməti isə 0.48% bahalaşaraq, bir unsiya üçün 29.87$ olub.
Bugün bazar iştirakçıları ABŞ Federal Ehtiyatlar Sistemi tərəfindən açıqlanacaq sənaye istehsalının həcminə dair məlumatları diqqətlə izləyəcəklər. Analitiklərin fikrincə, göstərici aylıq müqayisədə 0.1% artıb. Müvafiq məlumatlar Bakı vaxtı ilə saat 17:15-də dərc ediləcək.
Eləcə də, ABŞ-ın Ticarət Departamenti aprel ayında ölkədə yeni tikilən mənzillərin sayı ilə bağlı statistik rəqəmləri yayımlayacaq. Analitiklər ABŞ-da aprel ayında tikintisinə başlanan yeni evlərin sayının mart ayı ilə müqayisədə 1.321 milyondan 1.42 milyona qədər artdığını ehtimal edirlər. Eyni zamanda, ABŞ-ın Əmək Departamenti İşsizliklə Müavinəti üçün Müraciət Edənlərin Sayını dərc edəcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)






