Qlobal bazarlarda son vəziyyə - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da iqtisadi göstəricilərin proqnozların altında dərc olunmasına baxmayaraq, dollar beynəlxalq birjalarda major valyutalar qarşısında bahalaşır. Dolların mövqelərinin möhkəmlənməsi fonunda qızıl qiymətləri bir qədər ucuzlaşıb. EURUSD, GBPUSD və USDJPY valyuta cütlükləri müvafiq olaraq 1.0858, 1.2659 və 155.770 səviyyələrində ticarət olunurlar. Qızıl isə hal-hazırda 2380$ həddində qərarlaşıb.
Dünən ABŞ-ın Əmək Departamenti mayın 11-də bitən həftə üçün İşsizlik Müavinətı Üzrə Ərizələrin Sayınıdakı Dəyişikliklər hesabatını dərc edib. Bir öncəki həftə ilə müqayisədə göstərici 10 min nəfər azalaraq 222 min nəfər təşkil edib. Həmçinin ölkədə tikinti üzrə icazələrin sayı 1.44 milyon səviyyəsində açıqlanıb.
Bugün investorlar Avrozonada dərc olunacaq inflyasiya göstəricilərini diqqətlə izləyəcəklər. Analitiklərin fikrincə, yekun hesablamaya görə, Avrozonada İstehlak Qiymətlərinin İndeksi aprel ayında 2.4% təşkil edib. Rəsmi məlumatları “Eurostat” statistika agentliyi Bakı vaxtı ilə saat 13:00-da dərc edəcək.
Qeyd edək ki, Avrozonada inflyasiya proqnozlaşdırılan kimi azalarsa, bu Avropa Mərkəzi Bankının tezliklə yumşaq monetar siyasətə keçid ehtimallarını artıra bilər. Bu amil isə avroda hazırda müşahidə olunan bahalaşmanın eniş tendensiyası ilə əvəzlənməsinə səbəb ola bilər.
Həmçinin Amerikanın neft-qaz xidməti şirkəti “Baker Hughes Company” ABŞ-da neft qazma qurğularının istismarının həftəlik statistikasını dərc edəcək. Mayın 10-da bitən həftədə onların sayı 3 ədəd azalaraq 496 ədəd təşkil edib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)





