Birgə şirkət və Sumqayıt Kimya Sənaye Parkında xüsusi zona yaradılacaq - SAZİŞ İMZALANDI
İZİA-nın rəhbərliyi Tatarıstana səfər çərçivəsində bir sıra görüşlər keçirib. İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın Ximqrad Texnopolis Azərbaycanda birgə şirkət yaradılacaq. Yaradılacaq şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 10 hektarlıq xüsusi zonanın operatoru qismində Rusiyadan, Tatarıstandan, Özbəkistandan olan iş adamlarının Azərbaycana cəlb olunması və sözügedən sənaye zonasında istehsal müəssisələrinin yaradılmasında aktiv iştirak edəcək.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) rəhbərliyi Tatarıstan Respublikasının paytaxtında “Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib.
İZİA-dan Marja-ya verilən məlumata görə, forum çərçivəsində Agentlik "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində azad iqtisadi zona və sənaye parkları - beynəlxalq sənaye korporasiyası üçün yeni imkanlar" mövzusunda keçirilən panel sessiyada təmsil olunub. Sessiyada İZİA-nın İdarə Heyətinin sədri ölkəmizdə faəliyyət göstərən sənaye zonaları, burada investorlar üçün yaradılan biznes imkanları barədə təqdimatla çıxış edib.
Həmçinin iqtisadi forum çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın Ximqrad Texnopolis arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.
Sazişə əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın Ximqrad Texnopolis Azərbaycanda birgə şirkət yaradılacaq. Yaradılacaq şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 10 hektarlıq xüsusi zonanın operatoru qismində Rusiyadan, Tatarıstandan, Özbəkistandan olan iş adamlarının Azərbaycana cəlb olunması və sözügedən sənaye zonasında istehsal müəssisələrinin yaradılmasında aktiv iştirak edəcək.
Bundan başqa səfər çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi Tatarıstanın Naberejnıye Çelnı şəhərindəki "Kip Master" ASC-nin, Kazan şəhərindəki Ximqrad Texnopolisin, Elabuqa şəhərində yerləşən “Alabuqa” İqtisadi Zonasının fəaliyyət istiqamətləri ilə tanış olub, Rusiya Sənaye Zonaları Assosiasiyasının rəhbərliyi ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Müştərilərin xəbərləri

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 2 gün sonra
-
- 2 gün sonra
-
13 saat əvvəl
ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb
-
13 saat əvvəl
Energetika Nazirliyində “ACWA Power” şirkəti ilə külək enerjisi layihələrinin icrası müzakirə olunub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb

ABŞ-da inflyasiya iqtisadçıları təəccübləndirdi

"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib

Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
Ən çox oxunanlar

Avropada ixtisar dalğası: Şirkətlər xərcləri azaltmaq üçün yenidənqurma prosesinə gedirlər

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Xalq Bank nizamnamə kapitalını artırdı

Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb

Norm Ustalar Klubunda “Təhsilli Gələcəyəm” layihəsinin iştirakçıları tələbə adını qazanıblar

“PAŞA Bank” Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının rəsmi bank tərəfdaşıdır

Erməni spiker: Mağazalarımızda Azərbaycan malları satılacaq
