Azərbaycan və Türkiyə şirkətləri Laçında birgə elektrik stansiyasının təməlini qoydular
Laçında kiçik su elektrik stansiyasının təməli qoyulubLaçın rayonunun Malıbəy kəndində özəl sektorla əməkdaşlıq çərçivəsində ilk kiçik su elektrik stansiyası tikilir.
Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının istismarı layihəsi çərçivəsində “Malıbəy” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Anar Axundov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Yıldırım Dəmirörən, “Arges Enerji Team” MMC-nin rəhbəri Mehmet Fehmi Özata və İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin alternativ və “yaşıl” enerji zonasına çevrilməsi uğurla təmin edilir. Regionda infrastruktur təminatının yüksəldilməsi məqsədilə müasir tələblərə cavab verən elektrik enerjisi təchizatı sistemi formalaşdırılır. “Yaşıl” enerji təchizatında su elektrik stansiyalarının əhəmiyyətli rolu var. Azad edilmiş ərazilərimizdəki çayların hidropotensialının yüksək olması bu sahədə layihələrin səmərəliliyini artırır. Bu istiqamətdə özəl sərmayədarlarla əməkdaşlıq önəm kəsb edir.
Vurğulanıb ki, Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının istismarı layihəsi Azərbaycan-Türkiyə qardaşlığının daha bir göstəricisidir. Bu, azad edilmiş ərazilərimizdə özəl sektorla birgə icra edilən ilk su elektrik stansiyası layihəsidir. Layihənin birinci mərhələsi üzrə təməli qoyulan “Malıbəy” stansiyasının istismara verilməsi ildə təxminən, 7 min evi elektrik enerjisi ilə təmin etmək imkanı yaradacaq.
Ötən ilin dekabrında “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında imzalanmış Birgə İştirak Müqaviləsi əsasında, Həkəri və Tərtər çayları üzərində 5 kiçik su elektrik stansiyası istismara veriləcək. Layihənin ümumi dəyəri 25 milyon manatdır. Ümumilikdə 13,8 MVt gücündə olan 5 stansiyanın 2025-ci ildə tam istifadəyə verilməsi nəzərdə tutulur. Stansiyaların istismar müddəti 30 ildir. Layihənin icrası 25 yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.
Layihə çərçivəsində Laçın rayonu ərazisindən keçən Zabux çayı üzərində I mərhələ üzrə bu gün təməli qoyulan “Malıbəy” - 5,1 MVt, II mərhələ üzrə “Qalaça 2” – 3,4 MVt, “Minkənd” – 1,8 MVt, “Qalaça 1” – 1,1 MVt gücündə, III mərhələ üzrə Kəlbəcər rayonu ərazisindən keçən Tərtər çayı üzərində gücü 2,4 MVt olan “Tərtər 1” kiçik su elektrik stansiyalarının tikintisi planlaşdırılır.
XXX
Bu gün Laçın rayonunun Malıbəy kəndində eyni adlı kiçik su elektrik stansiyasının (KSES) təməli qoyulub.
Layihəni İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin "Demirören Holding” və "Arges Enerji Teal" şirkəti birgə icra edir.
Stansiyanın Həkəri çayının qolu olan Zabux çayının üzərində, Avropa və Çin texnologiyaları əsasında inşa edilməsi planlaşdırılır.
Bugünkü KSES layihənin I mərhələsidir. II mərhələdə Laçın rayonunda "Qalaça-1", "Qalaça-2" və "Minkənd" KSES-lərin, III mərhələdə isə Kəlbəcər rayonunda "Tərtər-1" KSES-in tikilməsi nəzərdə tutulur.
İnşası 2025-ci ildə tamamlanacaq 5 KSES-in ümumi gücü 13,8 Mvt olacaq, onlar ildə 39,7 kVt/saat elektrik enerjisi istehsal edəcək. "Malıbəy" KSES isə 5,1 Mvt gücünə malik olmaqla ildə 14,57 kVt/saat elektrik enerjisi istehsal edəcək.
Layihənin ümumi dəyəri 25 milyon manat, stansiyaların istismar müddəti 30 ildir. Bu stansiyalarda 25 nəfər çalışacaq.
“Malıbəy” KSES özəl sektorun işğaldan azad edilmiş ərazilərdə ilk enerji layihəsidir”
Bu gün Laçın rayonunun Malıbəy kəndində əsası qoyulan eyni adlı kiçik su elektrik stansiyası (KSES) özəl sektorun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk enerji layihəsidir.
Bunu stansiyanın təməlqoyma mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib.
“Sevindirici haldır ki, bu layihəni Türkiyə ilə birgə icra edirik”, — deyə o qeyd edib.
“Malıbəy” KSES “Yaşıl enerji” siyasətinin bariz nümunəsidir"
Azərbaycanın işğaldan azad edilmiş ərazilərə “sıfır emissiya” zonası elan edilib və bu gün Laçın rayonunda təməli qoyulan “Malıbəy” kiçik su elektrik stansiyası (KSES) həmin siyasətin bariz nümunəsidir.
Bunu stansiyanın təməlqoyma mərasimində çıxış edən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib.
“Laçın rayonunun “yaşıl enerji” potensialı böyükdür. Bu günə qədər Laçında 9 KSES istifadəyə verilib. Onların ümumi gücü 80 Mvt-a yaxındır. Bugünkü KSES isə sayca 10-cudur”, — deyə o əlavə edib.
© Report
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
- 42 d. əvvəl
-
49 d. əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib


















.jpg)



