“Baku Steel Company” QSC 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edir
(®) Qafqazın ən böyük və müasir metallurgiya şirkəti olan “Baku Steel Company” QSC (bundan sonra – BSC) 4-6 iyun 2024-cü il tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində gümüş sponsor qismində iştirak edir.
Hər il Bakıda keçirilən və regionun enerji sahəsində ən mühüm tədbiri sayılan Bakı Enerji Həftəsinə bu il dünyanın 37 ölkəsindən 300-dək şirkət gəlib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya təmsil olunur. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar.
Sərginin daimi iştirakçılarından biri, bu il yenə də tədbirin gümüş sponsoru olan BSC, Bakı Ekspo Mərkəzinin 1-ci zalında 1C314 ünvanlı stendində öz yüksək keyfiyyətli və beynəlxalq sertifikatlı məhsullarını sərgiləyir.
Tədbirin ziyarətçiləri və iştirakçıları arasında böyük marağa səbəb olan stenddə BSC-nin geniş çeşiddə polad məhsulları, xüsusilə neft-qaz istismarı layihələrində istifadə olunan tikişsiz boruları nümayiş edilir.
Qeyd edək ki, şirkətin tikişsiz boruları 114-219 mm diametrli olmaqla BSC-nin Azərboru İstehsalat sahəsindəki avadanlıqlar vasitəsilə istehsal olunur və böyük tələbatla ixrac edilən məhsulların sırasında yer alır.
Həmçinin, BSC bu il ilk dəfədir ki, öz stendində ferroərinti məhsulunu da təqdim edir. Sumqayıt Kimya Sənaye Parkında yerləşən BSC-nin Ferroərintilər istehsalat sahəsində hazırlanan yüksək keyfiyyətli və fərqli fraksiyalarda olan (FeSi 65% - FeSi 75%, fraksiya 10-50 mm) ferrosilisium (FeSi) müxtəlif növ poladların və çuqunların legirlənməsi və oksidləşməsi üçün istifadə olunur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb























