Avrozonada bir dövrün sonu - faiz dərəcələri aşağı salındı
Avropa Mərkəzi Bankı 2019-cu ildən bəri ilk dəfə əsas faiz dərəcələrini endirib. Azalma addımı 0,25 faiz bəndi təşkil edib. Bundan əvvəl ECB ardıcıl beş iclasda faiz dərəcələrini dəyişmədən maksimum səviyyədə saxlamışdı.Avropa Mərkəzi Bankı (AMB, ECB) faiz dərəcələrini 0,25 faiz bənd azaladıb.
Marja.az xəbər verir ki, Avro Bölgəsində inflyasiya zəif iqtisadi artımdan daha az problemə çevrildiyi üçün Avropa Mərkəzi Bankı təqribən 5 ildən sonra ilk dəfə faiz dərəcələrini endirib.
ECB-nin İdarə heyəti yenidən maliyyələşdirmə, depozit və marjinal maliyyələşdirmə dərəcələrini 0,25 bənd azaldaraq, müvafiq olaraq 4,25, 3,75 və 4,50 faizə endirib.
"Biz tələb olunan müddət ərzində dərəcələri kifayət qədər məhdudlaşdırıcı saxlayacağıq. İdarə heyəti məhdudiyyətin müvafiq səviyyəsini və müddətini müəyyən etmək üçün məlumatlara əsaslanan və iclasdan-iclasa yanaşmaya riayət etməyə davam edəcək”, - qərarda deyilir.
Bu, həm yenidən maliyyələşdirmə dərəcəsi, həm də marjinal maliyyələşdirmə dərəcəsi üzrə 2016-cı ilin mart ayından bəri ilk azalma kimi qeydə alınıb. 2019-cu ilin sentyabrından bəri isə depozit faizlərində ilk azalmadır.
FED, ABŞ-da inflyasiyanın hədəfə doğru getdiyinə dair daha çox dəlil əldə edənə qədər faiz dərəcələrini dəyişməyəcəyi mesajını versə də, AMB-nin faiz endiriminin Avroya aşağı yönlü təsir göstərə biləcəyi proqnozlaşdırılır. ECB-nin faiz dərəcələrini hər biri 0,25 faiz bəndi azaltması ilə Avro Bölgəsi ilə ABŞ faiz dərəcələri arasındakı fərq genişlənəcək.
Bloomberg Economics, İyun ayında ECB-dən 0,25 faiz bəndi endirim gözləyirdi . Qurum faiz dərəcəsi iyul ayında sabit saxlanıldıqdan sonra sentyabr, oktyabr və dekabr aylarında ECB-dən eyni ölçüdə daha da azalma proqnozlaşdırdıqlarını açıqlayıb.
Avro Bölgəsindəki 20 ölkənin pul siyasətini idarə etməkdən məsul olan dünyanın ən mühüm mərkəzi banklarından biri olan ECB-nin faiz dərəcələrini aşağı salması ev və ya istehlak malları almaq üçün borcları ucuzlaşdıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)




