Girov, zamin və iş yerindən arayış tələb etməyən BOKT zərərin içində "üzür"

"SF Azerbaijan" BOKT MMC (Manato brendi) 2023-cü ili 921 min 430 manat xalis zərər ilə başa vurub. Kredit şirkəti 2022-ci ili 400 min 684 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "SF Azerbaijan" BOKT-ın xalis zərəri 2023-cü ildə 2022-ci illə müqayisədə 520 min 746 manat və ya 2,3 dəfə artıb.
Marja.az maliyyə hesabatlarına istinadən xəbər verir ki, "SF Azerbaijan" BOKT-ın faiz gəlirləri 2022-ci ildə 270 manat ikən, 2023-cü ildə 10 milyon 273 min manata yüksəlib (38 min dəfədən çox artıb).
BÖYÜK MƏBLƏĞDƏ KREDİT GERİ QAYTARILMAYIB
Ötən il Təşkilatın xəmi xərcləri 11 milyon 195 min manat təşkil edib. Xərclərin 3 milyon 32 min manatını ehtimal olunan kredit zərərləri ilə bağlı ayırma, 4 milyon 94 min manatını inzibati və digər əməliyyat xərcləri təşkil edib. Ehtimal olunan kredit zərərləri üçün ayırma və xərclərin artması "SF Azerbaijan" BOKT-ın zərər ilə üzləşməsinə səbəb olub.
Ötən il "SF Azerbaijan" BOKT-ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7918 dəfə artaraq 31 dekabr 2023-cü il tarixində 16 milyon 390 min manata çatıb. Təşkilat 2022-ci ilin sonunda 2 min 70 manat cəmi kredit portfelinə malik idi.
"SF Azerbaijan" BOKT Manato.az saytı vasitəsilə qısamüddətli kreditlər təklif edir. Krediti almaq üçün girov, zamin və ya iş yerindən gəlir haqqında arayış tələb olunmur. Digər bənzər xidmət tədarükçülərindən fərqli olaraq, Manato.az kredit müddətinin uzadılması üçün ödəniş müqabilində kreditin ödənilməsi möhlətini təqdim edir. Bundan başqa, 30 günlük müddətə 50 AZN-dən 1500 AZN-dək istənilən məbləğdə kredit götürmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
39 d. əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
2 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
3 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
4 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 4 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
