"Sığorta bazarının böyüməsi üçün islahatlara ehtiyac var"
Azərbaycanda sığorta bazarının böyüməsi üçün islahatlara ehtiyac var.
Bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.
"Bu gün sığorta bazarımız böyüyür, lakin qlobal bazarlarda olduğu kimi müəyyən zəruri istiqamətlər üzrə islahatları bizim də davam etdirməyimizə böyük ehtiyac var. Bu zəruri tələblər sırasında ilk yeri rəqəmsallaşma və elektron innovasiyalar tutur ki, bu da əlçatan və keyfiyyətli xidmətin təmin olunmasında əvəzolunmaz vasitədir. Növbəti istiqamətimiz korporativ və yaxud ümumi sektorial güc göstəricisi olan data-dır. Reallıq ondan ibarətdir ki, məlumat bazası zəngin olan bazar iştirakçısı hər zaman bir addım öndədir. Daha sonra biz bu sırada informasiya təhlükəsizliyini vurğulaya bilərik. Biz sektor olaraq rəqəmsal mühitdə böyük həcmli informasiyalarla işləyirik. Məhz buna görə də kiberdayanıqlılığın təmin olunması bizim başlıca məqsədimizdir", - deyə o qeyd edib.
"İqlim dəyişikliyi sığorta sektoru üçün əhəmiyyətli siqnaldır"
Ülviyyə Cabbarova, "İqlim dəyişikliyinin yaratdığı risklər və meydana gələn zərər hər il artır və bu, sığorta sektoru üçün əhəmiyyətli siqnaldır" deyərək çıxışına belə davam edib:
"Dünya sığorta sənayesində olduğu kimi bizi də dərindən düşündürən daha bir mövzu məhz ekoloji mühit, yaşıl dünya və iqlim dəyişikliyi anlayışıdır. Dünya ölkələrinin nüfuzlu təmsilçiləri bu mövzunu cari ilin sonunda COP29 çərçivəsində məhz Azərbaycanda müzakirə edəcəklər. Müasir çağırışlar sırasında requlyativ tənzimləyici yeniliklər də yer alır. Belə ki, dəyişən tələblər, yeni standartlar, idarəetmə formalarının təkmilləşdirilməsi və s. kimi istiqamətlər burada əsas hədəf indikatorlarıdır. Sığortaçıların burada başlıca vəzifəsi bu yeniliklərə maksimum operativ uyğunlaşmaqdan və nəticə etibarilə ümumi dayanıqlı böyümədə aktiv iştirak etməkdən ibarətdir".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























