Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən “IFO” tədqiqat institutu Almaniyada Biznes Mühiti İndeksinin iyun ayında 88.6 bənd təşkil etdiyini açıqladı. Analitiklər isə, əksinə, göstəricinin 89.4 bənd səviyyəsində dərc olunacağını proqnozlaşdırmışdılar. Həmçinin Almaniyanın Cari Qiymətləndirilməsi İndeksi 88.3 bənd səviyyəsində qalıb, Almaniya Biznes Gözləntiləri İndeksi isə iyun ayında 90.3 bənddən 89 bəndədək geriləyib.
ABŞ-da statistik məlumatların dərc olunması ərəfəsində, bugün səhər dollar major valyutalar qarşısında bir qədər ucuzlaşır. Zəifləmiş yen 160 həddin yaxınlığında qərarlaşıb. Bazar iştirakçıları isə Yapon səlahiyyətlilərinin valyutanı dəstəkləmək üçün müdaxilə etmələrindən ehtiyatlanırlar. EURUSD, GBPUSD və USDJPY valyuta cütlükləri müvafiq olaraq 1.0743, 1.2697 və 159.300 hədlərində ticarət olunurlar. Dollar indeksi isə 0.03% geriləyərək 105.39 bənd təşkil edir.
Bugün Bakı vaxtı ilə saat 18:00-da “Conference Board” analitik şirkəti tərəfindən ölkədə istehlakçı inamı ilə bağlı statistik məlumatlar dərc olunacaq. Ekspertlər müvafiq göstəricinin may ayı ilə müqayisədə iyun ayında 102 bənd səviyyəsindən 100 bənd səviyyəsinədək enəcəyini proqnozlaşdırırlar.
Həmçinin qeyd etmək lazımdır ki, cümə axşamı günü ABŞ ÜDM-nin üçüncü və son rüblük təxmini açıqlanacaq. İkinci aralıq hesablamaya görə, ölkə iqtisadiyyatı illik ifadədə 1.3% artıb (Əgər ÜDM ardıcıl dörd rüb eyni sürətlə artıbsa), bu da 1.6%-lik ilk təxmindən aşağı olub.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)







