Türkiyə fındığın alış qiymətini açıqlayıb
Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi Torpaq Məhsulları Ofisi (TMO) vasitəsilə fındıq alışı həyata keçirəcək.
"Marja" xəbər verir ki, 2017-ci ilin məhsulu, Giresun keyfiyyət fındığı 10,5 lirədən (5 manat), Levant keyfiyyət fındığı isə10 lirədən alınacaq. (1 lirə = 0,4822 manat)
Bu qiymətlərin aşağı qiymətlər olduğunu bildirən nazir Ahmet Eşref Fakıbaba, istehsalçılardan, fındıq satmaqda tələsməmələrini və bazarı təqib etmələrini də tövsiyə edib.
Fındığın eyni zamanda çox mühüm ixrac məhsulu olduğuna diqqəti çəkən Fakıbaba, bu məhsuldan 2 milyard dolların üzərində ixracat gəliri əldə edildiyini söyləyib.
Nazir Fakıbaba, fındığın məhsuldarlğına dair gözləntilərini açıqlayıb: "Məhsuldarlğını 650-700 min ton həcmində nəzərdə tuturuq. Bizdə məhsuldarlıq yüksək olmasına baxmayaraq dünya məhsuldarlğında ötən illə müqayisədə ciddi artım yoxdur. Bu da Türkiyənin bir üstünlüyü kimi görünür" - ifadəsini istifadə edib.
Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi istehsalçıların ziyana düşməməsi və fındıqda qiymət sabitliyinin təmin olunması üçün TMO vasitəsilə fındıq alışı həyata keçirir.
Qeyd edək ki, Türkiyə ən böyük fındıq istehsalçısıdır. Növbəti yerlərdə Yunanıstan, Gürcüstan və Azərbaycan gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 34 d. əvvəl
-
-
50 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)









.jpg)






