Xankəndidə “Qarabağ” hotelinin açılışı olub
İyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.
Qeyd edilib ki, hotel ötən əsrin ortalarında istifadəyə verilib. 2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlandı. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb.
Bildirildib ki, hotelin keçmiş adı da qaytarılıb və “Qarabağ” adı ilə fəaliyyət göstərəcək. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq.
Hotelə yaxın olan ərazidə abadlıq işləri də görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
- 28 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi







.jpg)




.jpg)




