Havanın temperaturu yüksələcək
Artıq bir neçə gündür ki, paytaxtda, eləcə də bölgələrdə temperaturun aşağı enməsi, yağıntılı və tutqun hava şəraiti müşahidə olunur.
Ölkə ərazisində avqustun 18-i günortadan etibarən havanın mülayimləşəcəyi, yağıntıların tədricən kəsiləcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında mülayim cənub-şərq, bölgələrdə zəif şərq küləyi küləyi əsəcək, hava şəraiti sabitləşəcək.
Həftəsonu, eləcə də gələn həftənin ilk iş günlərində hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək, havanın hərarəti ötən günlərlə müqayisədə tədricən 2-3° artacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.
G.Məmmədova, həmçinin bildirib ki, Bakıda və Abşeron yarımadasında havanın hərarəti 32-37°, bölgələrdə 38°, dağlıq ərazilərdə 27-32° isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında gündüz cənub-şərq küləyi əsəcək, bir qədər rütubətli hava şəraiti müşahidə ediləcək ki, bu da əksər meteohəssas insanlar üçün diskomfort hissi yarada bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
10 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
14 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
18 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 25 d. əvvəl
-
28 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
31 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
32 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 36 d. əvvəl
- 42 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Ən çox oxunanlar
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı



























