Azərbaycanda sığortalanmış əkinlərin sahəsi 1,5 dəfə, fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb
Son 1 ildə Azərbaycanda sığortalanan əkinlərin sahəsi 1,5 dəfə, fermer və təsərrüfatlara ödənilən sığorta ödənişləri 2 dəfədən çox artıb.Azərbayanda aqrar sahənin - əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının dövlət sığortası ilə məşğul olan Aqrar Sığorta Fondu 2024-cü ilin yanvar-may aylarının nəticələrini açıqlayıb.
Fonddan Marja-ya verilən məlumata görə, 2024-cü ilin yanvar-may aylarında sığorta hadisələrindən zərər çəkmiş fermer və təsərrüfatlara ümumilikdə 2 milyon 572 min manat sığorta ödənişi edilib.
Sığorta ödənişlərindən 2 milyon 21 min manat əkin sahələri, 551 min manatı isə heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilib.
2023-cü ilin eyni dövrü ilə müqayisədə fermerlərə sığorta ödənişləri 2,3 dəfə artıb.
O cümlədən əkin sahələri üzrə ödənişlər 2,7 dəfə, heyvandarlıq təsərrfatları üzrə ödənişlər isə 1,5 dəfə artıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-may aylarında bitkiçilik üzrə 741 min manat, heyvandarlıq təsərrüfatları üzrə isə 361 min manat sığorta ödənişləri edilmişdi.
2024-cü ilin ilk 5 ayı ərzində sığortalanan əkinlərin sahəsi 364 min hektara çatıb. Bu sahələrin sığrtalanması üçün ödənilən sığorta haqqı 8 milyon 750 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 50% artıb, xatırladaq ki, 2023-cü ilin yanvar-may aylarında 239 min hektar əkin sahəsi sığorta edilmişdi.
İlk 5 ayın nəticələrinə görə, ən çox sığortalanan əkinlər fındıq, çay, tütün, buğda, arpa, pambıq və qarğıdalı olub.
Qeyd edək ki, Aqrar Sığrta Fondu ümumilikdə 48 növ bitki məhsulun sığorta edir, buraya taxıl, meyvə bağları, tarla bitkiləri, texniki bitkilər və tərəvəz məhsulları aiddir. Sözügedən dövrdə bu məhsulların əksəriyyəti üzrə sığorta müqaviləəri bağlanılıb.
2024-cü ilin yanvar-may aylarında Aqrar Sığorta Fondu tərəfindən 1100 baş kənd təsərrüfatı heyvanı sığorta edilib. Bu müqavilələr üzrə ümumilikdə 659 min manat sığorta haqqı toplanılıb və fermerlərə 6 milyon 74 min manatlıq sığorta təminatı verilib.
Ümumilikdə 2024-cü ilin yanvar-may ayları üzrə aqrar sığorta üzrə 9 milyon 407 min manat sığorta haqqı toplanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















