Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı və çərşənbə günü ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin baş tutacaq çıxışları ərəfəsində dollar major valyutalar qarşısında bir qədər dəyər itirir. Belə ki, EURUSD valyuta cütlüyü 1.0818 həddini test etdikdən sonra 1.0831 həddinə qədər yüksəlib. USDJPY cütlüyü isə 161.100 həddindən 160.870 həddinə qədər ucuzlaşıb. Dollar indeksi 105.00 bənd təşkil edir.
Çərşənbə axşamı FED sədri Konqresin Bank Komitəsi, çərşənbə günü isə Maliyyə Xidmətləri Komitəsi qarşısında çıxış edəcək. İnvestorlar tənzimləyici qurumun rəhbərindən monetar siyasət ilə bağlı gələcək planlar, xüsusən də faiz dərəcəsinin azaldılmasının vaxtı ilə əlaqədar daha çox ipucu əldə etməyə ümid edirlər. Qeyd olunur ki, analitiklərin 77%-i FED-in sentyabr ayında faiz dərəcəsini endirəcəyini proqnoz edir. Ekspertlərin təxminən yarısı isə ilin sonuna kimi uçot dərəcəsinin 4.75-5% səviyyəsində olacağını ehtimal edir.
Həmçinin, ABŞ-da dərc olunacaq inflyasiyaya dair göstəricilər investorlara daha çox ipucu verə bilər. Analitiklər hesab edirlər ki, ölkədə illik inflyasiya may ayı ilə müqayisədə iyun ayında 3.3%-dən 3.1%-ə enib və ilin əvvəlindən bəri ən aşağı səviyyəyə qayıdıb.
Qızılın qiymətləri çərşənbə axşamı səhər Yaxın-Şərq ətrafında yaranmış geosiyasi risklər fonunda bahalaşıb. Nyu-York “Comex” birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 8.3$ və ya 0.35% artaraq 1 troya unsiyası üçün 2371.8$-a qədər bahalaşıb. İnvestorlar Yaxın-Şərqdə baş verən hadisələri diqqətlə izləməyi davam etdirirlər. Çünki, bölgədə vəziyyətin gərginləşməsi “etibarlı liman” maliyyə aktivi kimi, qızıla tələbin artmasına səbəb ola bilər.
Xatırlamaq lazımdır ki, bazar ertəsi Fələstinin “HƏMAS” hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib ki, İsrailin hərəkətləri Qəzza zolağında atəşkəslə bağlı danışıqlar prosesinin ləğv olunmasına gətirə bilər. İsrail Müdafiə Qüvvələri isə (IDF) bir gün əvvəl sakinləri Qəzza şəhərinin bir neçə bölgəsindən Fələstin anklavının mərkəzindəki Deyr əl-Bələh bölgəsindəki humanitar zonaya təxliyə olunmağa çağırıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







