Avro bahalaşır: Avro/dollar mart ayından bəri ən yüksək səviyyədə
Avropa İttifaqının (Aİ) 20 üzv ölkəsinin vahid valyutası olan avro iyunun sonundan bəri davam edən yüksəliş tendensiyasını davam etdirərək dollar qarşısında kəskin bahalaşıb.
Marja xəbər verir ki, Avro/Dollar məzənnəsi 0,5 faiz artaraq 1,0941 səviyyəsini görüb. Bu, mart ayından bəri ən yüksək səviyyədir.
Bakı vaxtı ilə saat 09:00-da məzənnə 1,0934 dollara bərabər olub.
Avropa Mərkəzi Bankı (AMB) iyulun 16-na istinad məzənnəsini 1,0902 dollar olaraq təyin edib.
Dolların həftələrdir təzyiq altında olduğuna və bu həftə bütün digər əsas valyutalar qarşısında zəiflədiyinə diqqət çəkən analitiklər, bunun səbəbinin iyun ayında ABŞ-da inflyasiyanın əhəmiyyətli dərəcədə zəifləməsindən sonra əsas faizlərdə azalma ehtimalı olduğunu vurğulayırlar. Fed-in yaxın gələcəkdə - Sentyabrdan etibarən faiz dərəcələrini ilin sonunadən azı 2 dəfə aşağı salacağı gözlənilir.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin iyulun 15-də faiz endirimlərinə başlamağa gecikmək istəmədiklərini qeyd etməsi valyuta bazarlarında vəziyyətin aydınlaşmasına səbəb olmuş və Bankın faizləri azaldacağı dəqiqləşməyə başlamışdır.
İyulun 15-də Vaşinqton İqtisadi Klubundakı çıxışında Pauell bildirib ki, bu ilin ikinci rübünə aid üç məlumat inflyasiyanın 2 faizə düşdüyünə dair “etimadı bir qədər artırıb”.
Digər tərəfdən, Avropa Mərkəzi Bankı (ECB) 5 il sonra ilk faiz endirimini 5-6 iyun tarixlərində həyata keçirərək, üç əsas faiz dərəcəsini 0,25 bənd azaldıb. Zonada baza inflyasiya 2,9 faiz səviyyəsində yüksək olaraq qalır.
ECB-nin faiz dərəcələri ilə bağlı növbəti iclası bu gün keçiriləcək. Ehtimal olunur ki, ECB-nin İdarə Heyəti faiz dərəcələrini azaltmaqda davam etməyəcək, hələlik sabit saxlayacaq. Qərar Bakı vaxtı ilə saat 16:15-də açıqlanacaq. ECB-nin əsas faizini 4,25%, depozit faizini 3,75%, digər borc faizini 4,50%səviyyələrində saxlayacağı gözlənilir.
Dünən açıqlanan məlumatlara görə, Avro Bölgəsində inflyasiya iyunda 2,5 faizə düşüb. Bununla belə, enerji və ərzaq qiymətlərini nəzərə alınmayan baza inflyasiyası 2,9 faiz yüksək səviyyədə qalıb.
Analitiklər qeyd ediblər ki, ABŞ və Avrozonada monetar siyasət nöqteyi-nəzərindən avronun daha güclü, dolların isə zəifləməsinin davam etməsinin bir neçə səbəbi var və investorlar valyuta bazarında AMB-nin iclasından qısa müddət əvvəl öz mövqelərini buna uyğunlaşdırıblar.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 23 d. əvvəl
-
- 38 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib























