"VMF" şirkətinin xalis mənfəəti azalıb
Saatların, zərgərlik məmulatlarının topdan və pərakəndə satışı, həmçinin onlara servis xidmətlərinin göstərilməsi fəaliyyətləri ilə məşğul olan "VMF" şirkəti 2023-cü ili 383 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 426 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "VMF" şirkətinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 43 min manat və ya 10% azalıb. Şirkət 2020-ci ildə 607 min manat, 2021-ci ildə isə 463 min manat xalis mənfəət əldə etmişdi.
Marja.az xəbər verir ki, "VMF" şirkətinin əsas əməliyyat gəliri (satış) 2023-ci ildə 6 milyon 972 min manat təşkil edib.
Ötən il "VMF" şirkətinin cəmi əməliyyat gəlirləri 7 milyon 5 min manat, cəmi əməliyyat xərcləri 6 milyon 525 min manat olub. Şirkət ötən il 96 min manat mənfəət vergisi ödəyib.
31 dekabr 2023-cü il tarixində "VMF" şirkəti 7 milyon 98 min manat cəmi aktivlər əmalik olub. Şirkət 2022-ci ilin sonunda 5 milyon 874 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, ötən il “VMF” şirkəti istiqraz buraxılışı yolu ilə 1 milyon manat borc alıb.
"VMF" Şirkətinin nizamnamə kapitalının 100%-i Mustafayev Vahid Fuad oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
19 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























