Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bank kartlarının sayı 18 milyonu keçib, nağdız ödənişlər 1,7 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank kartlarının sayı 18 milyonu keçib, nağdız ödənişlər 1,7 dəfə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 224 min ədəd artaraq 18 milyon 91 min ədəd təşkil etmişdir.

Marja.az Mərkəzi Bankın Statistik bülleteninin İyun buraxılışına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.3% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 21.5%, kredit kartları üzrə 12.6% təşkil etmişdir.

Nağdız ödənişlər 1,7 dəfə artıb

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 dəfə artmışdır. 2024-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 103 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 122 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 972 milyon manatı POS-terminallar, 7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.5%-ni təşkil etmişdir.

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 2.5%, POS-terminalların sayı 19.5% artmışdır.

23.07.2024 11:45
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18