Paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırılır - VİDEO
Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərişıq” ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin quraşdırılmasına davam edir.
ASC-nin yaydığı məlumatda bildirilir ki, cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Bakı şəhərində keçiriləcək “COP 29” ərəfəsində paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin zəruri infrastrukturu yaradılır, həmin məntəqələr dayanıqlı elektrik enerjisi ilə təchiz edilir.
Bakıda daha 12 nöqtədə: Nərimanov rayonunda Atatürk parkı, Gənclik metrostansiyası, Aşıq Molla Cümə küçəsində, 215 saylı yarımstansiyanın yaxınlığında, Səbail rayonunda Nizami küçəsində və Ağ şəhər bulvarı dairəsində, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən 110/35 kV-luq “Sea Breeze” yarımstansiyasında və Sea Breeze yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə “Ağ şəhər-1” və “Ağ şəhər-2” yarımstansiyalarının ərazisində, Xəzər rayonunda Qala-Mərdəkan yolunun üzərində, Nəsimidə “Dağlıq” yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev küçəsində enerji doldurma məntəqələri quraşdırılıb, hazırda son tamamlanma işləri həyata keçirilir.
Həmçinin oxu
Azərbaycanda işçilər üçün ilk Fintech kartıXatırladaq ki, Bakıda 4 məntəqədə – “İçərişəhər”, “Yasamal 120” yarımstansiyalarının ərazisində, Tədris və İnnovasiylar Mərkəzində, Xəzər rayonu, Buzovna qəsəbəsində enerji doldurma cihazları quraşdırılaraq istismara hazır vəziyyətə gətirilib. Paytaxla yanaşı regionlarda – Yevlaxda, Salyanda və Qəbələnin Hacıallı kəndində, Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda bu məntəqələr quraşdırılıb.
Elektromobilləri şarj etmək üçün istifadə olunan bu qurğular yaşıl enerji ilə dəstəkləndiyi üçün ətraf mühitin qorunmasında mühüm rol oynayır. Həmçinin “Azərişıq” ASC tərəfindən quraşdırılan yüksək gücə malik sürətli, sabit cərəyanlı məntəqələrdə elektromobillər qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə doldurulur.
Qeyd edək ki, cari il üçün ölkə ərazisində 147 nöqtədə enerji doldurma məntəqələrinin quraşdırılması nəzərdə tutulub. Bunlardan 69-u paytaxtın, 58-i regionların, 20-si isə Qarabağ və Şərqi Zəngəzurun payına düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 22 saat sonra
- 9 d. əvvəl
-
- 27 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
1 saat əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Ən çox oxunanlar
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti






.jpg)






.jpg)




