Orxan Nəzərli Naxçıvana səfər edib, Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimində iştirak edib
Naxçıvan Muxtar Respublikasının (MR) Babək şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib.
Bu barədə Marja-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, bununla əlaqədar Naxçıvan MR-ə səfər edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli və onu müşayiət edən şəxslər, eləcə də Naxçıvan MR iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
DVX rəisi Orxan Nəzərli Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Görüşdən sonra Babək şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, muxtar respublikanın hökumət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvanda vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsinin, bu məqsədlə xidmət mərkəzlərinin qurulmasının diqqətdə saxlanıldığını bildirib. Qeyd edib ki, 2023-cü ilin may ayında Naxçıvan, 2024-cü ilin fevral ayında isə Ordubad və Şərur şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. Bu gün isə analoji xidmət Babək rayonunda təşkil olunur.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın ötən ildən icra olunduğunu xatırladan səlahiyyətli nümayəndə vurğulayıb ki, belə mərkəzlərin yaradılması Dövlət Proqramının icrası ilə birbaşa bağlıdır. Vergi ödəyicilərinə xidmət mərkəzi bu sahədə işin səmərəliliyini və xidmətin keyfiyyətini daha da artıracaq. Mərkəzin müasir imkanları hesabına vergi ödəyicilərinin müraciətlərinə qısa zamanda reaksiya veriləcək, problemləri yerində həll olunacaq. Bütün bunlar sahibkarlığın inkişafına böyük dəstəkdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli bildirib ki, DVX-nin 2024-2030-cu illər üçün inkişaf strategiyasının mühüm bir hissəsi effektiv vergi xidmətləri sisteminin təşkili ilə bağlıdır. Bu gün əsas hədəflərdən biri vergi orqanının müştəriyönümlü fəaliyyəti və xidmətlərin vergi ödəyicilərinin ehtiyac və gözləntilərinin ödənilməsinə istiqamətlənib. Orxan Nəzərli qeyd edib ki, Babəkdə açılan yeni mərkəz vergi ödəyicilərinə göstərilən müasir xidmətlər dairəsinin genişləndirilməsi istiqamətində tədbirlərin növbəti mərhələsidir. DVX rəisi xidmət mərkəzinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlara vergi məsələlərində zəruri dəstəyi təmin edəcəyinə əminliyini diqqətə çatdırıb.
Naxçıvan MR iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, muxtar respublikada fəaliyyət göstərən ən yeni avadanlıqlarla təchiz edilmiş modern xidmət mərkəzləri geniş funksiyalara malik olmaqla, ümumilikdə 51.400-ə yaxın vergi ödəyicisinə vergi sahəsi üzrə bütün xidmətləri təqdim edir və onların vergi məsələlərinin həllinə dəstək göstərir.
Sonra Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə tanışlıq olub. Tədbir iştirakçıları mərkəzin tikinti prosesi haqqında çarxa baxıb, buradakı texniki imkanlar və vergi ödəyiciləri üçün yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, ən yeni avadanlıqlarla təchiz edilmiş müasir dizaynlı xidmət mərkəzi geniş funksiyalara malikdir. Mərkəzdə sahibkarlara vergi uçotuna alınmaq, vergi qanunvericiliyinin tətbiqi, bəyannamə və hesabatların tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması, “ASAN İmza” sertifikatlarının verilməsinə dair xidmətlər göstəriləcək. Xidmət mərkəzində özünəxidmət bölməsi qurulub, vergi ödəyicilərinə büdcəyə olan borclarını öyrənmək və öz şəxsi vərəqələrinə nəzər salmaq üçün imkan yaradılıb. Sabit vergi ödəyən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi də xidmət mərkəzindən əldə edə biləcəklər. Bununla yanaşı, mərkəzdə şəhid ailələri və Vətən müharibəsi qazilərinə növbədənkənar xidmət göstərilməsi təmin olunub.
Mərkəzlə tanışlıq zamanı Naxçıvan MR iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov MR-də yaradılmış əlverişli biznes mühiti və tətbiq edilən müasir vergi inzibatçılığı nəticəsində 2024-cü ilin yanvar – iyun ayları ərzində əldə olunmuş bəzi göstəricilər barədə təqdimat edib. Bundan başqa, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin əməkdaşlarının “Naxçıvanın turizm potensialı” və “Naxçıvanın logistika və nəqliyyat potensialı” mövzularında təqdimatları dinlənilib.
Ən son texnoloji yeniliklər, elektron növbə və müasir xidmət avadanlıqları ilə təmin olunan mərkəzə müraciət edən vergi ödəyicilərinə xidmət prosesi əyani şəkildə göstərilib.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
5 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























