Ziraat Bank Azərbaycanın Müşahidə şurasına yeni üzv təyin olunub
Dünyanın 18 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına yeni üzv təyin olunub.
Bankdan Marja-ya bildirilib ki, dövri yerdəyişmə planına əsasən“Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvü Sedat Yılmaz öz vəzifəsini Uğur Can Ayqına təhvil verib.
Uğur Can Ayqın peşəkar karyerasına 2008-ci ildə T.C. “Ziraat Bankası” Daxili Nəzarət və Risklərin İdarə Edilməsi departamentində başlayıb. 2022-ci il iyul ayından bu günədək Risklərin İdarə Edilməsi departamentinə rəhbərlik edən Uğur Can Ayqın bank sahəsində zəngin təcrübəyə malikdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 23 saat sonra
- 9 d. əvvəl
-
20 d. əvvəl
SOCAR-ın reytinqi "şəffaflıq və maliyyə siyasətindəki irəliləyişlərə görə" qaldırıldı
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)











