"Bəziləri deyirdilər "mümkün deyil". Amma biz nail olduq"
"Əsas məqsədimiz pul siyasəti faizlərimiz (uçot dərəcəsi, faiz dəhlizinin aşağı və yuxarı hədləri - red) ilə depozit və kreditlərə, ortamüddətli faizlərə təsir edərək, bununla da tələbə təsir etmək, nəticə etibarı ilə də inflyasiya təsir etməkdir".
Marja.az xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
Mərkəzi Bankın sədri qeyd edib ki, yeni pul siyasəti çərçivəsi yavaş-yavaş öz təsirini göstərir:
"2022-ci ilin Sentyabr ayının 1-dən yeni pul siyasəti çərçivəsini tətbiq etmişik. Çox qısa bir zamanda, artıq biz bu ildən müşahidə edirik ki, hüquqi şəxslərin qalıqlarına təsiri var. Sözsüz ki, məqsədimiz odur ki, fiziki şəxslərə də, onun nəticəsi ilə kreditlərə də təsiri olsun. Xarici ekspertlər və digər banklar ilə danışanda, bəziləri deyirdilər bu gün bizim nail olduğumuz nəticə kifayət qədər qısa müddətdə mümkün deyil. Amma biz buna nail olduq. Lakin həm depozitlərə, həm də kreditlərə təsir etməyə nail olmaq üçün vaxt lazımdır. Həmçinin bizə də bunları qiymətlərndirmək üçün vaxt lazımdır - müşahidələr olsun, biz Mərkəzi Bankın uçot dərəcəsi ilə digər faizlərin korrelyasiyasını (əlaqəsini - red) görək".
Taleh Kazımov, "Biz istəyirik ki, kredit və depozit faizlərinə təsir etməklə tələbə təsir edək" deyərək çıxışına belə davam edib:
"Çünki faizlər yuxarı qalxanda tələb azalır, inflyasiya azalır. Ölkəmizin ümumi daxili məhsulunda cəmi kredit portfelinin xüsusi çəkisi 30%-dir. Yəni, kredit portfelinin iqtisadiyyata nüfuzetməsi yüksək deyil. Məsələn, sabah kredit portfelinin həcmi ümumi daxili məhsulun 100%-i həcmində olarsa, yəni iqtisadiyyat daha çox kreditlər ilə maliyyələşərsə, tutaq ki, uçot dərəcəsini 1 faiz bəndi dəyişməklə inflyasiyaya 1 faiz bəndi təsir edə bilərik. Kredit portfelinin ÜDM-də xüsusi çəkisi 30% olanda isə inflyasiya bəndini 1 faiz bəndi azaltmaq üçün uçot dərəcəsini bəlkə 3 faiz bəndi qaldırmalıyıq, təsiri olsun. Hesablamalar, gözləntilər doğru olmalıdır. Buna görə, maliyyə xidmətlərinin iqtisadiyyata penetrasiyasını (nüfuzetmə - red) artırmağa çalışırıq. Kredit portfeli, depozit portfeli artmalıdır ki, faiz dərəcələrinin transmissiyası da effektli olsun".
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 İyul 2024-cü il tarixli qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Mərkəzi Bank İyun yığıncağında da faizlərini sabit saxlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
7 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
9 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
11 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
12 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb























