FED-dən təcili iclas qərarı
Sabitliyi təmin etmək üçün yeni tədbirlər müzakirə olunacaq.ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) Yaponiya fond bazarındakı çöküşdən sonra faiz dərəcələri ilə bağlı təcili iclas keçirməyə qərar verib.
Bu barədə xarici mətbuat məlumat yayıb.
Qeyd edilib ki, iclasda qlobal iqtisadi sabitliyin təmin edilməsi istiqamətində görüləcək tədbirlərin müzakirə ediləcəyi öyrənilib.
Bir həftə ərzində FED-in faiz dərəcəsini 0,25 faiz bəndi endirməsi ehtimalı bazarlarda 60 faiz səviyyəsində qiymətləndirilir.
İnvestorlar ABŞ iqtisadiyyatının sürətlə pisləşdiyindən narahatdırlar. Onlar FED-in, müəyyən olunmuş iclas tarixindən əvvəl yumşaldıcı addımlar atması (faizləri azaltması) lazım olduğunu hesab edirlər.
ABŞ-ın zəif statistik məlumatları iqtisadi inkişaf ilə bağlı narahatlıqları artırıb və bu qlobal fond bazarlarının çökməsinə səbəb olur.
Yaponiyanın Nikkei 225 indeksi ABŞ-da məşğulluq məlumatları və yenin məzənnəsinin artması səbəbindən son 37 ilin ən pis gününü yaşayıb. Tokioda indeks 12,4 faiz azalarkən, indeks günü 31 458,41 bənddə bağlanıb. Bu, cümə günkü 5,8 faiz azalmanın ardınca növbəti böyük çöküşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
2 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
4 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın







.jpg)







.jpg)









