İşğaldan azad edilmiş torpaqlarımızda “Yaşıl Kart” sığorta xidmətindən istifadə mümkün olacaq
“Yaşıl Kart” sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində yaradılmışdır. Sistemə üzv olan ölkələrdə qeydiyyata alınmış avtomobil sahibləri “Yaşıl Kart” sığortasına sahib olduğu halda sistemin digər üzv ölkələrinə səfər edərkən sığorta təminatı almış olurlar.
2016-cı ildən etibarən İcbari Sığorta Bürosu “Yaşıl Kart” sisteminin idarəedici təşkilatı olan Beynəlxalq Bürolar Şurasına üzv olmuş və Azərbaycanda “Yaşıl Kart” sığortası tətbiq edilməyə başlamışdır. Üzvlüyün ilk illərində Azərbaycanın işğal edilmiş ərazilərində “Yaşıl Kart” sisteminin tətbiqi mümkün olmadığı üçün, “Yaşıl Kart” sığorta təminatı Azərbaycanın digər coğrafi əraziləri ilə məhdudlaşdırılmışdı.
Büronun yaydığı məlumatda bildirilir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra İcbari Sığorta Bürosu tərəfindən “Yaşıl Kart” təminatı üzrə Azərbaycana münasibətdə coğrafi ərazi məhdudiyyətinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Bürolar Şurasına müraciətlər ünvanlanmışdır. Aparılan qarşılıqlı əməkdaşlıq və səylər nəticəsində ölkəmizdə bu xidmətin verilməsi üçün tətbiq edilən ərazi məhdudiyyətinin aradan qaldırılmasına nail olunmuşdur.
Belə ki, İngiltərənin London şəhərində keçirilmiş BŞ-nin 58-ci Baş Assambleyasının Qərarı ilə “Yaşıl Kart” sisteminin “Coğrafi əhatə dairəsinin siyahısı və avtomobil sığortası direktivi”nin ərazi tətbiqinə dair sənədləri yenilənərək təsdiqlənmişdir. Bununla da, Azərbaycanla əlaqəli coğrafi ərazi məhdudiyyəti aradan qaldırılmış və İcbari Sığorta Bürosunun coğrafi səlahiyyəti ölkənin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində yenidən müəyyən olunmuşdur. Həmçinin 18 iyul 2024-cü il tarixində Beynəlxalq Bürolar Şurası Katibliyindən bütün üzv bürolara “Yaşıl Kart” modellərində Azərbaycanla bağlı düzəlişlərin edilməsi üçün bildirişlər göndərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
5 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
7 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
10 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
10 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb





















