“Şahdağ”a rekord sayda turist gəlib
Bu mövsüm “Şahdağ” Turizm Mərkəzinin fəaliyyətdə olduğu 5 mövsüm ərzində turistlərin rekord sayı ilə yadda qalıb.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, bayram günləri ərəfəsində 20.000-dən çox turist qəbul edən mərkəzdə təkcə yanvarın 2-də 6 mindən çox turist qeydə alınıb. Ümumilikdə, qış mövsümü açılandan bu günədək “Şahdağ”ı ziyarət edənlərin sayı 35 mindən çox olub.
“Şahdağ” Turizm Mərkəzində keçirilən bu ilki Yeni il şənlikləri əsl qış nağılını xatırladaraq, qonaqlarda unudulmaz təəssüratlar yaradıb. Bayram günlərində qonaqların istirahəti ən yüksək səviyyədə təşkil edilib, təntənəli yeni il şənlikləri, möhtəşəm atəşfəşanlıq, ardınca sübhün erkən çağlarınadək davam edən musiqi ziyafəti turistlərin zövqünü oxşayıb.
“Şahdağ” Turizm Mərkəzində Yeni il bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində Rəvan Tohidoğlunun “Taleyin oyunu” əsəri əsasında hazırlanan teatr tamaşası səhnəyə qoyulub. Əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak edib, tamaşada cəmiyyətimizin müasir problemlərinə toxunulub, əxlaqi-tərbiyəvi mesajlar verilib. Dramatik komediya janrında olan tamaşa turistlərin xeyli marağına səbəb olub, aktyorların çıxışları alqışlarla müşayiət edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























