Walmart Çin elektron ticarət şirkəti JD.com-un səhmlərini satır
JD.com-un ən böyük səhmdarı olan ABŞ-ın pərakəndə nəhəngi Walmart 8 illik investisiyasından çıxmaq qərarına gəlib. JD.com səhmləri üçün müəyyən edilmiş qiymət 3,74 milyard dollardır. Satış qərarından sonra Honq Konqda JD.com-un səhmlərinin qiyməti 10 faiz ucuzlaşıb.ABŞ-ın pərakəndə nəhəngi Walmart Çin elektron ticarət şirkəti JD.com-da olan payını satışa çıxarıb.
Marja xəbər verir ki, JD.com-un ən böyük səhmdarı olan Walmart, beləliklə, 8 illik investisiyasını tərk edir. Pay üzrə səhmlər 3,74 milyard dollara təklif olunur. Walmart Çindəki Sam's Club adlı anbar biznesinin əməliyyatlarına diqqət yetirməyi hədəfləyir.
JD.com səhmləri 2021-ci ilin əvvəlindəki pik nöqtəsindən bəri dəyərinin təxminən 70 faizini itirib.
Şirkət keçən həftə ikinci rübdə mənfəətini gözləntilərin üzərində açıqlayıb. Lakin Çinin pərakəndə bazarı, mənzil bazarındakı yavaşlama, məşğulluq və gəlirlə bağlı narahatlıqlar nəticəsində istehlakçı inamının davamlı şəkildə azalması JD.com, Alibaba və PDD Holding kimi e-ticarət şirkətləri arasında bazar rəqabətinin güclənməsinə səbəb olub.
Walmart-ın yaydığı açıqlamada, "Bu qərar, Walmart China və Sam's Club üçün Çindəki güclü əməliyyatlarımıza diqqət yetirməyə və kapitalı digər prioritetlərə yönəltməyə imkan verəcək",- deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
23 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
25 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
28 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
30 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir




























