Şirkət “Xankəndi” adı verilən yeni tankeri istismara qəbul etdi
SOCAR və ASCO-nun Müşahidə Şuralarının razılığı ilə paritet əsaslarla yaradılaraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilmiş “SA Maritime AFEZCO” Birgə Müəssisəsinin aldığı dördüncü “Aframax” tipli tanker istismara qəbul olunub. Prezident İlham Əliyevin tapşırığı ilə gəmiyə qədim Azərbaycan torpağının şərəfinə “Xankəndi” adı verilib.SOCAR və ASCO-nun Müşahidə Şuralarının razılığı ilə paritet əsaslarla yaradılaraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilmiş “SA Maritime AFEZCO” Birgə Müəssisəsinin bazar araşdırmaları nəticəsində alınmış sayca dördüncü “Aframax” tipli tanker istismara qəbul olunub. Prezident İlham Əliyevin tapşırığı ilə gəmiyə qədim Azərbaycan torpağının şərəfinə “Xankəndi” adı verilib.
Bu barədə Marja-ya "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) bildirilib.
Qeyd edilib ki, bundan əvvəl istismara verilən “Aframax” tipli digər tankerlərimiz kimi, “Xankəndi” də “ASCO Shipmanagement AFEZCO" tərəfindən idarə olunacaq.
Tanker Türkiyənin Aliağa limanında SOCAR, ASCO, “SA Maritime AFEZCO”nun rəsmi nümayəndələrinin və gəmi heyətinin iştirakı ilə istismara qəbul olunub. Dövlət Himnimizin sədaları altında “Xankəndi” tankerində üçrəngli bayrağımız qaldırılıb.
ASCO-nun İdarə heyəti sədrinin müavini Tariyel Mirzəyev “Xankəndi” tankerinin istismara verilməsi münasibətilə bütün dənizçiləri təbrik edib, heyətə uğurlar arzulayıb.
Tədbirdə həmçinin gəmi kapitanına milli suvenirlər təqdim olunub.
Mərasimdə məhdudiyyətsiz üzmə imkanlarına malik olan və Xəzərdənkənar sularda üzəcək “Xankəndi” tankerinin istismara verilməsinin Azərbaycan iqtisadiyyatı və milli gəmiçilik üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tədbirdə o da qeyd olunub ki, həm “Xankəndi”, həm də digər bu tip gəmilərimizdə heyətin milli dənizçi kadrlardan formalaşdırılması əsas prioritetlərdəndir. Artıq bu tip gəmilərin heyət üzvləri sırasında azərbaycanlı dənizçilər də var. Onlardan ikisi - kapitanın üçüncü köməkçisi Cahangir Yaqubov və dördüncü mexanik Teyyub Məmmədov “Xankəndi” gəmisində işləyir.
Qeyd edilib ki, gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan tankerin dedveyti (ümumi yükgötürmə qabiliyyəti) 115 521 tondur. Uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,20 metr, suya oturumu 15,22 metr, makimum sürəti 16 knotdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
1 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
1 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
3 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
3 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım



























