Meyvə və tərəvəzləri 270 günə qədər saxlamaq mümkün oldu
Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi meyvə və tərəvəzlərin 25 gündən 270 günə qədər saxlanılmasına imkan verəcək. Bu barədə avqustun 21-də mərkəzin açılışına həsr olunan beynəlxalq konfransda qeyd edilib. Avqustun 20-də baş tutan açılış mərasimində prezident İlham Əliyev iştirak edib.
“Burada İtaliyanın “Isolcell” şirkətinə məxsus tutumu 24.000 ton olan 71 ədəd ULO tipli soyuducu saxlama kamerası quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin olunur”, - deyə konfransda bildirilib.
Mərkəzdə regionda yetişdirilən xurmanın alıcılıq qabiliyyətini aşağı salan xüsusi dadın aradan qaldırılmasını təmin edən “determing room” qurğusu (sutkada gücü 1 ton olan) da var.
Burada Fransanın “Maf Roda” şirkətinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri kalibirli meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik kalibirli meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsul yola sala bilən 1 terminal mövcuddur.
“Şəmkir Aqroparkı”nın Logistka Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya var. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır.
Logistika Mərkəzində meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu saxlama kameralarında saxlanılması müasir standartlara uyğun mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin, soyuducu kamerada temperatur fərqində zədə alması minimuma endirilir.
Konfransda məlumat verilib ki, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində tam gücü ilə fəaliyyət göstərdiyi halda 274 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda burada 179 nəfər çalışır.
Aqroparkda respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq.
Logistika Mərkəzinin ərazisi 12,3 hektardır. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Mərkəzin təməli 2014-cü ildə prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















